Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:10

 'Sovetski'nin yenidən qurulması ilə bağlı plan hazırlanır'


"Sovetski"dən keçən yol, 9 avqust 2017

“Bakının "Sovetski" deyilən ərazisinin yenidən qurulması ilə bağlı xüsusi plan hazırlanır".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, bunu Yasamal rayonu ərazisində Novruz bayramı ilə bağlı təşkil olunmuş yarmarkada bildirib.

Amma Bakı Şəhər İcra hakimiyyəti başçısı planın tərkib hissələri barədə detallı məlumat verməyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər plan üzərində işləyirlər, maraqlı təkliflər hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi nəzərdə tutulur.

Xatırlatma

Bakının “sovetski” deyilən ərazisinin sökülməsinə əsasən 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə ( hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub.Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

Multimedia

XS
SM
MD
LG