Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 13:07

Qanuna dəyişikliklər: İşsizlə işaxtaranın fərqi nədir?


Məşğulluq qanunu dəyişir - kimlər nələrdən məhrum olur?
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

Məşğulluq qanunu dəyişir - kimlər nələrdən məhrum olur?

Ailə kəndli təsərrüfatının üzvləri də bundan sonra iş yeri olan məşğul şəxs hesab ediləcəklər. Bu "Məşğulluq haqda" yeni qanun layihəsində çoxsaylı dəyişikliklərdən biridir. Qanuna dəyişikliklər artıq Milli Məclisə təqdim edilib.

Müəlliflər yeni layihəni dövlət məşğulluq siyasətinin təkmilləşdirilməsi zərurəti ilə izah edirlər.

Məşğulluq haqqında qanuna təklif edilən əsas dəyişiklilər bunlardır:

Boş iş yeri bankının yaradılması

İşsizin fərdi məşğulluq proqramının hazırlanması

İşsiz, işaxtaran şəxslərin kimliyi barədə ifadələrin yenidən müəyyənləşdirilməsi

İşləyən şəxslərin vahid elektron qeydiyyatının aparılması.

Sosial iş yerlərinin yaradılması. Belə iş yerlərində əməkhaqqının bir hissəsini hökumət ödəyir.

Torpaq payı olanlara da özünüməşğulluq proqramı çərçivəsində yardım almaq hüququ verilməsi.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, qanuna düzəlişlər əsasında əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası formalaşdırılacaq:

"Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və təhlil etməyə, lazımı addımların atılması üçün təkliflər hazırlamağa imkan verəcək. Hesab edirik ki, bu unikal sistemlərdən biri olacaq".

Yeni qanun layihəsində ən çox diqqətçəkən məqam işaxtaranların və işsizlərin qeydiyyatı ilə bağlıdır.

Beləki, qanun qəbul olunarsa, qeydiyyata alma elektron qaydada olacaq və ilk dəfə olaraq işaxtaran və işsizlərin vakansiya bankından münasib işi özlərinin seçmək hüququ tanınacaq.

Yeni qanun layihəsində məşğul şəxslərin reyestri, peşə standartları, sosial müəssisə, sosial iş yeri, ştat vahidlərinə dair cədvəl, vakansiya bankı kimi digər yeniliklər salınıb.

İqtisadçı Rəşad Həsənov
İqtisadçı Rəşad Həsənov

İqtisadçı Rəşad Həsənov ilk növbədə yeni qanun layihəsində anlayışların dəqiqləşdirilməsi və konkretləşdirilməsini önəmli sayır. Ekspert deyir ki, bu adi bir məsələ kimi görünə bilər, əslində isə bir çox problemlərin qarşısını alır. Onun fikrincə, indiki qanunvericilikdə bu anlayışların dəqiq göstərilməməsi ciddi problemlər yaradırdı. Məsələn, hansısa vətəndaş sığorta haqqından məhrum olurdu:

"Elə münasib iş məsələsi. Münasib iş çox mücərrəd, amma həlledici bir məsələdir. Münasib iş nədir? Hansı işlər münasib hesab edilir? İşsiz kimi qeydiyyata alınan şəxs iki dəfə ona təklif olunan işdən imtina edərsə, işsizlik sığortasını almaqdan məhrum olurdu. Ona görə də düşünürəm ki, "Məşğulluq haqda" qanunda anlayışların dəqiqləşdirilməsinə ciddi ehtiyac vardı. Digər bir önəmli məqam isə "vakansiya bankı"nın yaradılmasıdır. İndiki qanunda iş təklifləri Dövlət Məşğul Xidməti oqranları aparırdı. Onlar da prosesi şübhəli, qeyri-şəffat aparırdılar, korrupsiya ehtimallara vardı".

Yeni qanunda isə təklif olunur ki, bütün iş vakansiyaları elektron bazada yerləşdirilir. İstədiyi işi seçmək hüququ isə iş axtaranın özünə verilir.

Qanun layihəsində muzdlu işçi anlayışı da dəqiqləşdirilib. Əmək müqaviləsi əsasında işləyənlər muzdlu işçilər hesab olunub. İndiki qanunda isə haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki hüquqi xarakterli müqavilə ilə işləyənlər də muzdla işləyən şəxslərə aid edilir.

AzadlıqRadiosu sözü gedıən mövzu ilə bağlı Bakı sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Əmək müqaviləsi tələb edə bilirsinizmi?
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Dövlət nəzarət edə bilsin deyə, Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyatı sistemi yaradılıb.

Amma hələ də ikili mühasibat, paket maaş, müqaviləsiz iş kimi problemlər qalmaqdadır.

Yeni hazırlanan qanun layihəsi bu problemləri həll edə biləcəkmi? Yoxsa, yenilik daha çox problemlər yaradacaq?

Məsələn ailə kəndli təsərrüfatı olanlar da məşğul şəxs hesab olunarsa, onlar sosial yardım, işsizlik sığortasından məhrum ola bilərlər.

Ekspertlərin fikrincə, yeni qanun layihəsinin daha çox islahat yoxsa, məhdudlaşdırma olduğu da qanun qüvvəyə minib, icra edildikdən sonra bilinəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG