Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 05:16

Rəy sorğusuna görə fransızların dörddə üçü Macron hökumətindən narazıdır


Fransa prezidenti Emmanuel Macron "sarı jiletlilərin" etirazlarından sonra Parisin küçələrinə baş çəkir (Foto dekabrın 2-də çəkilib)
Fransa prezidenti Emmanuel Macron "sarı jiletlilərin" etirazlarından sonra Parisin küçələrinə baş çəkir (Foto dekabrın 2-də çəkilib)

Yeni rəy sorğusu göstərir ki, fransızların dördə üçü prezident Emmanuel Macron və onun hökumətinin siyasətlərindən narazıdır.

Rəy sorğusunun yanvarın 3-də açıqlanmış nəticələrinə görə respondentlərin əksəriyyəti ailələrin gəlirlərini artıracaq tədbirlərin həyata keçirilməsini istəyir.

Macron və onun hökuməti son iki ayda “sarı jiletlilər” adlandırılanların etirazları ilə üzləşməli olub.

Küçə yürüşləri əvvəlcə Macron-un planlaşdırdığı yanacaq vergisinin artırılmasına görə başlanmışdı, lakin sonradan geniş antihökumət etirazlarına çevrildi.

Macron nəhayət yanacaq vergisinin artırılması planından əl çəkdi və ailələrin gəlirlərini artıracaq bir sıra başqa təkliflər verdi.

Odoxa and Dentsu Consulting firması tərəfindən keçirilmiş sorğuda iştirak edənlərin 25 faizi Macron hökumətinin siyasətlərindən razı olduğunu bildirib.

Aprel ayında keçirilmiş sorğuda adamların 59 faizi hökumətdən narazı idi. Son sorğuda bu rəqəmn 75 faizə yüksəlib.

1004 respondentin iştirak etdiyi bu sorğu yanvarın 2-də və 3-də franceinfo saytı və Figaro qəzetinin sifarişi ilə keçirilib.

Rəy sorğusunda iştirak edənlərin 54 faizi hökumətin əhalinin alıcılıq qabiliyyətini artıracaq tədbirlər görməsini istədiyini bildirib.

Əvvəlki sorğularda adamlar üçün bir nömrəli problem olan işsizlik son sorğuda dördüncü yerə düşüb.

Repsondentlərin 55 faizi küçə etirazlarının davam etməli olduğunu düşünür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG