Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 20:50

Koronavirusa yoluxanlardan son gündə 6 nəfər ölüb


COVID-19

Son gündə Azərbaycanda 352 nəfər koronavirusa yoluxub, 210 nəfər sağalıb, 6 nəfər ölüb.

Bunu bu gün, iyunun 11-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, indiyə qədər Azərbaycanda bu virusun aşkarlanması ilə bağlı 362 min 654 test keçirilib.

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də qeydə alındığı bildirilib. Həmin vaxtdan ən çox ölüm halı bu son gündə açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 490 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 419 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 8 min 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 108 nəfər vəfat edib.

Multimedia

XS
SM
MD
LG