Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:40

ABŞ-da adamlara hücum edən tələbə “Somali qaçqını” olub


Polis universitet şəhərciyindəki yolları bağlayıb
Polis universitet şəhərciyindəki yolları bağlayıb

ABŞ-ın Ohayo Dövlət Universitetinin yataqxana şəhərciyində azğınlıq törədərək biri ağır olmaqla 11 nəfərə xəsarət yetirmiş şəxsin şəhərcikdə yaşayan Somali əsilli tələbə olduğu xəbər verilir.

18 yaşlı Abdul Razak Ali Artan avtomobilini kollec yaxınlığında bir qrup piyadaya çırpdıqdan sonra maşından düşüb və adamları bıçaqlamağa başlayıb. Bundan sonra hücum edən polisin atəşi ilə öldürülüb.

Polis rəisi Kim Jacobs deyib ki, hazırda bu hücumun terror aktı olub-olmadığı araşdırılır.

FTB Kolumbusdakı 60 min tələbəlik şəhərcikdə aparılan cinayət təhqiqatına qoşulub.

Qanuni ABŞ sakini

Xəbər verilir ki, Somali qaçqını olan Artan ABŞ-da tam qanuni əsasda daimi sakin statusunda yaşayırmış.

Hadisənin terrorçu basqın olub-olmadığı barədə suala polisin sözçüsü “hələlik onun qəsdən törədildiyini söyləyə bilərik” cavabını verib.

Artan Ohayo Dövlət Universitetində logistika menecmenti ixtisası üzrə təhsil alırdı.

Hadisə bazar ertəsi yerli vaxtla səhər saat 10-da baş verib. Avtomobil bordyurdan adlayaraq şəhərciyin binalarının birinə yaxın keçiddə piyadaları vurub.

Son aylarda federal rəsmilər xəbərdarlıq etmişdilər ki, avtomobil və bıçaq hücumları üçün könüllülərin səfərbər edilməsi məqsədilə ekstremist təbliğat aparılır.

Bundan əvvəl özünü İslam Dövləti adlandıran qruplaşma Qərbdəki tərəfdarlarını imkanlarında olan vasitələrlə adamları öldürməyə çağırmışdı.

Bu çağırışlardan birində Nyu Yorkda keçirilən Şükran Günü paradına hücum məqsədilə avtomobillərdən istifadə edilməsi təlimatı verilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG