Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Noviçok maddəsinin dördüncü qurbanı barədə xəbər verilib


Polis Sergei Skripalın evinin yaxınlığında
Polis Sergei Skripalın evinin yaxınlığında

London polisi İngiltərənin Solsberi şəhərində sovet istehsallı Noviçok maddəsindən zəhərlənmiş dördüncü şəxsin kimliyini açıqlayıb.

Söhbət 2018-ci ilin martında Solsberidə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş casusu Sergey Skripal və onun qızı Yulianın zəhərlənməsini araşdıran Britaniya polis zabitindən gedir.

O vaxt Skripallarla yanaşı polis zabiti Nick Baily də zəhərlənmişdi.

Skotland Yardın məlumatına görə dördüncü zəhərlənmiş şəxs qalanlarından fərqli olaraq daha aşağı dozaya məruz qalıb.

Az müddətdən sonra zabit iş yerinə qayıdıb.

Sergey Skripal və onun qızı Yulia 2018-ci il martın 4-də İngiltərənin Solsberi şəhərində hələ sovet vaxtlarında yaradılmış Noviçok adlı maddədən zəhərlənmişdilər.

Ata və qız parkda huşsuz vəziyyətdə tapılmışdılar. Onlara xəstəxanada göstərilmiş tibbi yardım və uzun müalicədən sonra Skripal və onun qızı sağ qalmışdılar.

Ata və qızın hazırda harada olması barıədə məlumat verilmir.

London iddia edir ki, bu zəhərlənmənin arxasında Rusiya və şəxsən prezident Vladimir Putin dayanır.

Britaniya hakimiyyət orqanlarının məlumatına görə Skripallara qarşı sui-qəsdi Rusiya hərbi kəşfiyyatının Aleksandr Petrov və Ruslan Boshirov adı ilə məlum olan agentləri həyata keçiriblər.

The Insider saytı isə bildirir ki, Petrov və Boshirov əslində Rusiya Baş Kəşfiyyat İdarəsinin zabitləri Aleksandr Mishkin və Anatoly Chepiga-dır.

Moskva Skripalların zəhərlənməsində əli olduğuna dair ittihamları rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG