Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Bellingcat: ‘Skripal-lara hücumu Londonda oteldən GRU zabiti koordinasiya edib’


Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

2018-ci ilin martında rusiyalı keçmiş casus Sergei Skripal-a sinir qazıyla hücumu Londonun mərkəzində oteldən Rusiyanın hərbi kəşfiyyat zabiti koordinasiya edib. Bunu Bellingcat müstəqil araşdırma qrupu bildirib.

İngiltərənin Solsberi şəhərində baş vermiş zəhərlənmə hadisəsinə görə Britaniya hökuməti Rusiya Prezidenti Vladimir Putini günahlandırıb, Skripal və qızı Yulia-nın noviçok qazıyla zəhərləndiyi bildirilib. Bu hərbi dərəcəli kimyəvi silah Sovet İttifaqında hazırlanıb.

Putin isə hadisəylə hər hansı əlaqəsi olmadığını deyir.

Son hesabatında Bellingcat bildirib ki, telefon zənglərinə dair əldə etdiyi məlumat zəhərlənmənin Rusiyanın GRU hərbi kəşfiyyatının zabiti Denis Sergeyev tərəfində koordinasiya olunduğunu üzə çıxarıb.

Skripal-ları zəhərləməkdə suçlanan rusiyalıların qaldığı City Stay Hotel
Skripal-ları zəhərləməkdə suçlanan rusiyalıların qaldığı City Stay Hotel

Bellingcat-ın təhqiqat tərəfdaşı olan BBC Newsnight bildirib ki, mənbələrindən Sergeyev-in GRU-da general mayor rütbəsi daşıdığını öyrənib.

“GRU-nun general mayorunun bu işdə iştirakı əməliyyatın qeyri-adi əhəmiyyətini göstərir”, – Bellingcat bildirib.

Oteldən bircə dəfə çıxıb

Məlumatda deyilir ki, Londonda qaldığı qısa müddətdə Sergeyev-in telefondan istifadəsi digər əməliyyatlarda istifadə olunan metodu ortaya qoyur. Bu zaman yüksəkrütbəli zabit Moskvayla koordinasiya edir, yerdəki agentlərlə isə nə telefon, nə internetlə əlaqə saxlanır.

Bellingcat bildirir ki, Sergeyev əməliyyat zamanı Sergei Fedotov adıyla fəaliyyət göstərib, martın 2-də Londona uçub. Bundan iki gün sonra Solsberidə Skripallara sinir qazıyla hücum olunub.

Noviçok hücumunda şübhəlilər Aleksander Petrov və Ruslan Boshirov
Noviçok hücumunda şübhəlilər Aleksander Petrov və Ruslan Boshirov

Sergeyev-in Londondakı Paddington stansiyası yaxınlığına oteldə qaldığı, hücum baş verən həftəsonu 11 dəfə telefonla Moskvada “Amir” adıyla danışan bir nəfərlə əlaqə saxladığı vurğulanır.

Bellingcat qeyd edir ki, Sergeyev-in telefon məlumatları onun London otelindən nadir halda çıxdığını göstərir. Bircə dəfə, martın 3-də, Solsberi hücumundan bir gün öncə çıxıb. Hücumu gerçəkləşdirdiyi bildirilən GRU zabitləri Anatoly ChepigaAleksandr Mishkin-in də həmin gün Londonun həmin ərazisində olduğu vurğulanır.

Skripal və qızı martın 4-də Solsberidə skamyada huşsuz vəziyyətdə tapılıblar. Onlar xəstəxanaya yerləşdirilib, bir neçə həftədən sonra buraxılıblar.

Britaniya vətəndaşı Dawn Sturgess də bu kimyəvi maddəylə təmas olub, zəhərlənərək dünyasını dəyişib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG