Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:32

Solsberi Britaniyanın ən yaşamalı şəhəri oldu


Solsberi şəhəri
Solsberi şəhəri

The Times qəzeti Solsberi şəhərini 2019-cu ildə Böyük Britaniyanın ən yaşamalı yer elan edib.

Qeyd edək ki, Solsberi, keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın ötən il ölümcül “Noviçok” maaddəsi ilə zəhərləndikləri şəhərdir.

Qəzet yazır ki, şəhərin həmin hadisəyə görə bütün dünyada xəbərlərin başlığına çevrilməsinə baxmayaraq yerli sakinlərin “ümumi ruhu” sınmadı. Şəhər bu stresi adlayaraq daha da güclü oldu.

Solsberinin reytinqdə birinci olması, təkcə yerli sakinlərin mənəvi keyfiyyəti ilə bağlı deyil. Burda bu şəhərin dəniz sahili və paytaxt Londona yaxın olması, həmçinin təhsil və mədəniyyət səviyyəsinin yüksək olması da əsas götürülüb.

Sergei Skripalla Yulia Skripal ötən ilin martında zəhərləniblər. Uzun müalicə və demək olar ki, təsadüf nəticəsində sağ qala bildilər.

Sergei Skripal və Yulia Skripal
Sergei Skripal və Yulia Skripal

Britaniya hakimiyyəti deyir ki, bu işin arxasında Rusiya kışfiyyatı durur.

Amma Moskva ittihamı rədd edir.

Əsas şübhəlilər, sənədlərə əsasən "Ruslan Boshirov" və "Aleksandr Petrovdur".

Britaniyanın istintaq orqanı onların Rusiya baş qərərgah idarəsinin əməkdaşları olduqlarını deyir.

Amma onlar RT kanalının efirinə çıxaraq iş adamları olduqlarını, Londona isə turist kimi getdiklərini iddia elədilər.

Alexander Petrov və and Ruslan Boshirov, Solsberidə olarkən
Alexander Petrov və and Ruslan Boshirov, Solsberidə olarkən

Bu müsahibədən sonra “Petrov” və “Boshirov” bir dəfə də olsun ictimaiyyət arasında görünməyiblər.

Buna da bax:Britaniyalı detektivlər daha iki biznesmeninin ölümündə Rusiyadan şübhələnirlər

“Bellingcat” müstəqil araşdırma təşkilatı bu iki nəfərin Aleksandr Mishkin və Anatoly Chepiga olduğunu, hər ikisinin Rusiyanın GRU hərbi kəşfiyyat idarəsi üçün çalışdığını müəyyənləşdirib. Ancaq onlar GRU-da çalışdıqlarını və Skripala hücumda əlləri olduqlarını danırlar.

Britaniya hakimiyyəti bir qədər sonra, Skripallara hücumda istifadə olunmuş zəhərli “Noviçok” maaddəsi ilə daha iki britaniyalının zəhərləndiyini, onlardan birinin iyulda vəfat etdiyini açıqladı.

Kremlin sözçüsü Dmitry Peskov isə deyib ki, Britaniya Mishkin və Chepiga-nın hücumda əli olmasına dair sübut göstərə bilməyib.

Qeyd edək ki, Rusiya bu hadisədən sonra beynəlxalq sanksiyalarla üzləşib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG