Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Britaniyalı detektivlər daha iki biznesmeninin ölümündə Rusiyadan şübhələnirlər


Foto arxiv
Foto arxiv

Britaniyalı detektivlər, bir neçə il əvvəl törədilmiş 2 ölümə görə Rusiya hakimiyyətindən şübhələnirlər.

Həmin detektivlər, bu ilin martında İngiltərənin Solsberi şəhərində zəhərlənmiş keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yuliyanın işini araşdırırlar.

Bu barədə “The Times” qəzeti yazır.

Scotland Yard (SO15) anti-terror komandanlığının əməkdaşları bldirirlər ki, təxmin edilən rusiya kəşfiyyatçılarının Böyük Britaniyaya səfərləri, iş adamları Aleksandr Perepelicnıy və Skott Yangın ölümü ilə eyni dövrə təsadüf edir.

2012-ci ildə ölən Perepelicnıy-ın mədəsində zəhərli bitki aşkar edilib.

Yang isə 2014-cü ildə Londondakı mənzilinin pəncərəsindən yıxılaraq ölüb.

Qəzetin yazdığına görə,şahidlər dindirildikdən sonra hər iki iş şübhəli xarakter alıb.

44 yaşlı Perepeliçnıy Londonda səhər qaçışından sonra keçinib.

İlkin ekspertizaya görə, o aritmiya və ürək tutmasından keçinib.

Sonradan onun orqanizmində bitki mənşəli nadir zəhər izi aşkar edilib.

Biznesmen pulyuma əməliyyatı ilə bağlı İsveçrə prokurorluğu ilə əməkdaşlıq edirmiş. Hansı ki, bu işlə Moskva istintaq təcridxanasında müəmmalı şəkildə keçinən “Hermitage Capital” fondunun hüquqşünası Sergei Magnitski-də məşğul idi.

Pereplicnıy Britaniyadan siyasi sığınacaq almışdı.

Yang-ın ölümü isə indiyədək polisdə şübhə doğurmamışdı.

“BuzzFeed” in məlumatına görə, o, həmçinin Britaniyada müəmmalı şəkildə ölən digər rusiyalı iş adamı Boris Berezovsky-nin biznes-tərəfdaşı imiş.

Qeyd edək ki, keçmiş rusiyalı casus Sergei Skripal və qızı Yulianın bu ilin martinda Britaniyanın Solsberi şəhərində zəhərlənmələrindən sonra Qərblə Rusiya arasındakı münasibətlər korlanıb.

London deyir ki, bunun arxasında Rusiya durur.

Moskva ittihamı rədd edir.

Uzun müalicədən sonra Skripal və qızı Yuliya da artıq özlərinə gəliblər və səhətləri normaldır.Həkimlər onların sağ qalacaqlarına inanmırmış.

Həmin maddənin keçmiş SSSR-I dövründə istifadə edilən hərbi “Noviçok” zəhəri olduğu bildirilir.

Məlumata görə həmin zəhər, insidetdən təxminən bir sutka əvvəl Skripalın evinin qapısının dəstəyinə hopdurulubmuş.

Bu insidentdən sonra Britaniya ilə Rusiya qarşılıqlı qaydada diplomatları ölkədən xaric ediblər.

Həmçinin bir sıra Qərb dövlətləri yüzlərlə rusiyalı diplomatı ölkədən çıxarıb.

ABŞ və Avropa Birliyi də daxil olmaqla bir sıra ölkələr bu insidentə görə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG