Keçid linkləri

Təcili xəbərlər
2023, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

Solovyova sanskiya qoyulması tələb edilir


Vladimir Solovyov
Vladimir Solovyov

Rusiya dövlət telekanalının aparıcısı Vladimir Solovyova qarşı Avropa İttifaqı və ABŞ sanksiyalarının qoyulmasını tələb edən petisiya 200 mindən çox imza toplayıb.

Change.org platformasına yerləşdirilmiş petisiyada habelə Solovyova İtaliya vətəndaşlığının verilməsinə qarşı çıxış edilir.

Bu barədə petisiya ötən ilin oktyabrında rusiyalı mühacir Sergi ata tərəfindən italyan dilində başladılıb.

Petisiya müəllifi İtaliyanın daxili işlər naziri Luciana Lamorgese-yə və italiyanlara müraciət edərək bildirir ki, “Solovyovun aqressiv çıxışları bir çox gəncləri özəl hərbi şirkətlərə qoşulmağa və Ukrayna və Suriya kimi ölkələrdə qardaş qırğınlarına qoşulmağa sövq edir”.

Sergi ata bunu da bildirirdi ki, “Solovyovun danışıqları ksenofobiya və eksremizmlə doludur və onun bu bəyanatları Putin rejiminə yaxınlığına görə cəzasız qalır”.

Bu da qeyd edilir ki, Solovyov İtaliyada daşınmaz mülkiyyət sahibi olmasına baxmayaraq Rusiya televiziyasında Avropa İttifaqının dəyərlərinə qarşı təbliğat aparır.

İtaliya rəsmiləri hələki bu petisiyaya münasibət bildirməyiblər.

Solovyov isə bildirib ki, bu petisiya onu qətiyyən narahat etmir.

Rossia-1 telekanalının aparıcısı Vladimir Solovyovun İtaliyadakı Komo gölü sahilində iki villasının olması barədə Rusiya müxalifətçisi Aleksey Navalny-nın reportajında məlumat verilirdi.

XS
SM
MD
LG