Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:13

Simonyan və Solovyovu məhkəməyə verirlər


Margarita Simonyan
Margarita Simonyan

Rusiyada müxalifətçi Aleksey Navalny-nın Korrupsiya ilə Mübarizə Fondu (KMF) Krasnodar qərargahının rəhbəri Lev Gyammer deyib ki, ləyaqət və reputasiyasının müdafiəsi üçün Rossia 1 telekanalının aparıcısı Vladimir Solovyova, Russia Today (RT) telekanalının baş redaktoru Margarita Simonyana və jurnalist Armen Gasparyana qarşı məhkəmə iddiası qaldırır.

O bildirir ki, Gasparyan internetdə guya Gyammerin də iştirak etdiyi yazışmanın skrinşotu olan məqaləyə istinad edib.

Bu yazışmada guya müxalifətçi Səhiyyə Nazirliyinin koronavirus qaynar xəttinə DDoS hücumu təşkil etdiyini etiraf edir.

Bu skrinşotu Solovyov və Simonyan da paylaşıblar.

Gyammer bildirir ki, bu yazışma ilə heç bir əlaqəsi yoxdur. Navalny fondunun Krasnodar filialının rəhbəri iddia edir ki, naməlum şəxslər saxta çat açaraq ora onun şəkli olan saxta hesab əlavə ediblər və bundan sonra onun adından yazışma aparıblar.

Lev Gyammer
Lev Gyammer

Bundan əvvəl sosial şəbəkə istifadəçiləri belə bir məqama diqqət yetirmişdilər ki, skrinşotlarda messencerin interfeys elementləri öz yerlərində deyil, kəsilib və ya ümumiyyətlə sonadək çəkilməyib.

Gyammer habelə bildirir ki, o ümumiyyətlə Səhiyyə Nazirliyinin səhifəsinə DDoS hücumunun edilib-edilmədiyinin yoxlanması üçün Daxili İşlər Nazirliyinə və prokurorluğa müraciət edib.

Gyammer bildirir ki, bu saxta yazışmanın dərc edilməsi onun Krasonar diyarının qubernatoru Veniamin Kondratyevi tənqid etməsi ilə bağlıdır.

Bu tənqidi çıxışların birindən sonra Gyammerin evinə polis də gəlib.

Müxalifətçi istisna etmir ki, saxta yazışmanın dərc edilməsi ona qarşı qondarma ittihamın irəli sürülməsinə hazırlıq ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG