Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Udmurtiya vilayətinin rəhbəri saxlanıb və bu barədə Putinə məlumat verilib


Aleksandr Solovyov

Rusiyanın Udmurtiya vilayətinin rəhbəri Aleksandr Solovyov saxlanıb.

Bu barədə aprelin 4-də TASS və digər Rusiya agentlikləri Kremlin sözçüsü Dimitry Peskova istinadla məlumat yayıblar.

Peskovun sözlərinə görə, artıq barədə prezident Vladimir Putinə hesabat verilib.

Məlumatı Udmurtiya rəhbərinin mətbuat xidməti də təsdiqləyib.

Kütləvi informasiya vasitələri bundan əvvəl vilayət rəhbəri Aleksandr Solovyovun saxlanması barədə məlumat yaymışdılar.

Solovyovun mətbuat xidmətinin rəhbəri bundan bir qədər sonra onun işdə olmadığını demiş və bildirmişdi ki, nəzərdə tutulan iclası baş nazir aparacaq.

TASS-ın məlumatına görə Solavyov artıq Moskvaya aparılıb və ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maaddəsi ilə cinayət işi açılıb.

Mənbənin yazdığına görə onun evində axtarış aparılıb.

Aleksandr Solovyov 1950-ci il iyunun 18-də anadan olub, İjevsk kənd təsərrüfatı institutunu bitirib.

2007—2013 illərdə Udmurtiya dövlət şurasının sədri vəzifəsində işləyib. 2014-cü ildən isə regiona rəhbərlik edirdi.

Udmurtiya Privlojsk Federal dairəsinə daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG