Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Rövnəq Abdullayev Mikayıl Cabbarovun müavini oldu


R.Abdullayev
R.Abdullayev

Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib. Bununla bağlı bu gün, fevralın 10-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

R.Abdullayev 2005-ci ildən bu postu tuturdu.

Dövlət başçısının başqa bir sərəncamı ilə isə R.Abdullayev İqtisadiyyat nazirinin müavini təyin edilib.

Kimdir o? Həm benzinin bahalaşmasını əsaslandırır, həm də təsdiqləyir
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Başqa sərəncamlar da var

Prezidentin növbəti sərəncamı ilə Rövşən Nəcəf iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib və Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Sərəncama əsasən, SOCAR-ın prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası bu qurumun birinci vitse-prezidenti R.Nəcəfə həvalə edilib.

Bundan başqa, İ.Əliyev Elnur Əliyevi iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edib. Dövlət başçısı onu iqtisadiyyat nazirinin birinci müavini postuna gətirib.

Ötən il olanlar

Prezident İ.Əliyev hələ 2021-ci il yanvarın 23-də "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" Fərman imzalamışdı. Həmin fərmana əsasən, SOCAR fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılırdı.

Müşahidə Şurası Azərbaycan prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədridir.

SOCAR-da nə dəyişir?: 'Yeni vitse-prezidentlər Paşayevlərə yaxındır'
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Xatırlatma

SOCAR 1992-ci ildə yaradılıb. O, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində üç istehsalat birliyi, bir neft və bir qaz emalı zavodu, Dərin Özüllər Zavodu, iki trest, bir institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik dörd qurum fəaliyyət göstərir.

XS
SM
MD
LG