Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:33

Neft Emalı zavodunun modernləşməsi bahalaşır…


Bitum istehsalı qurğusunun təməlqoyma mərasimi 19 sent. 2016
Bitum istehsalı qurğusunun təməlqoyma mərasimi 19 sent. 2016

“Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun (NEZ) yenidən qurulması və modernləşməsinə 1,5-1,7 milyard dollar xərclənəcək”.

SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov belə deyib.

Tofiq Qəhrəmanov qeyd edib ki, zavoda sərmayə qoyulması vacibdir.

“Avqust ayında zavodda təmir işləri ilə əlaqədar istehsal dayananda xarici şirkətlər dəvətimizlə tədqiqat apardı və avadanlıqları yoxladı. Bu qurğular on illərlə fəaliyyət göstərib və daha çox sərmayə qoymaq lazımdır. Dəqiq rəqəmi, hələlik, demək çətindir. Bir neçə aydan sonra dəqiq rəqəm ortaya çıxacaq”, - deyə vitse-prezident bildirib.

Buna da bax:​ Neft Emalı Zavodunu yenidən qururlar

T.Qəhrəmanov deyib ki, indiyədək Bakı Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsinin icrasına 80 milyon manat həcmində vəsait xərclənib.

“NEZ-də 4 qurğu yenidən qurulacaq, 12 yeni qurğu tikiləcək. Bu işlərin görülməsində əsas məqsəd zavodda istehsal olunan neft məhsullarının həm keyfiyyətini artıraraq “Euro-5” standartına çatdırmaq, həm də kəmiyyəti yüksəltməkdir”, - deyə o qeyd edib.

Vitse-prezidentin bildirməsinə görə, iki tender keçiriləcək. O, ilk tenderin yanvar ayından, digərinin isə aprel ayından başlayacağını qeyd edib.

Buna da bax: SOCAR İzmirdə tikintidən imtina etdi

T. Qəhrəmanov bildirib ki, birinci tender əsasında yeni qurğuları tikəcək şirkət, ikinci tenderdə yenidənqurma işlərini aparacaq podratçı seçiləcək.

“Hazırda təqribən 1,3 milyon ton benzin istehsal olunursa, yenidənqurma işlərindən sonra bu rəqəm 2,2-2,3 milyon tona çatacaq. Dizel yanacağı 2,3 milyon tondan 2,9 milyon tona, aviayanacaq 700 min tondan 1 milyon tona çatdırılacaq”, - deyə o əlavə edib.

NEZ-də istehsal edilən neft məhsullarının 37 faizi dizel yanacağı, 25 faizi avtobenzin, 13 faizi kerosin, 25 faizi başqa məhsullar olacaq.

Buna da bax: ​Neft Fondu riskə gedir

SOCAR apreldə Britaniyada yerləşən “Amec Foster Wheeler” şirkəti ilə H.Əliyev adına Neft Emalı Zavodunun mühəndis layihələndirilməsi (FEED) sazişi bağlayıb. Saziş zavodun gücünün və yanacağın keyfiyyətinin artırılmasını nəzərdə tuturdu. Həmin vaxt təmir işlərinin 2020-ci ilədək başa çatdırılacağı açıqlanmışdı.

Ondan bir qədər əvvəl isə SOCAR prezidenti Rövnəq Abdullayev demişdi ki, layihənin qiyməti 1.3 milyard dollara yaxın olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG