Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Sobçak Moskvanı tatar dili üzərinə “süvari hücumuna” görə tənqid edir


Kseniya Sobçak
Kseniya Sobçak

Rusiya prezidentliyinə namizədliyini elan etmiş Kseniya Sobçak Rusiya hökumətini, onun təbirincə deyilsə, Tatarıstanda tatar dili üzərinə “süvari hücumuna” görə tənqid edib. Moskva Tatarıstanda tatar dilinin icbari tədrisinə icazə vermir.

Dekabrın 11-də AzadlıqRadiosu ilə e-mail mübadiləsində Sobçak yazıb ki, prokurorluq təhsil siyasətinə müdaxilə edib hansı fənlərin keçilməsi barədə qərar verməməlidir.

Rusiyanın etnik muxtar regionlarında yerli dillərin tədrisi ilə bağlı gərginlik Vladimir Putin ötən iyulda bu dillərin məcburən öyrədilməsinə qarşı bəyanat verdikdən sonra yaranıb.

Prezident etnik regionlarda yerli dillərin ana dili kimi icbari tədrisinə yol verildiyi barədə faktların üzə çıxarılmasını prokurorluq orqanlarına tapşırıb.

Bu hərəkətlər Tatarıstanda və yerli dillərin rus dili ilə yanaşı dövlət dili olduğu başqa muxtar ərazilərdə etirazlara səbəb olub.

AzadlıqRadiosuna elektron məktubunda Sobçak yazır ki, federal baş prokurorluq və təhsilə cavabdeh Rosobrnadzor, onun sözləri ilə deyilsə, “Tatarıstan məktəblərində tatar dili üzərinə süvari hücumlarına son qoymalıdırlar”.

Sobçak daha sonra prokurorlara müraciətlə yazır: "Qanunların icrasına nəzarət etməkdənsə, siz boş yerdən münaqişə və sosial gərginlik yaradırsınız. Siz Tatarıstanda məktəblərin iş sabitliyini pozursunuz, onları tədris planlarını dəyişməyə məcbur edirsiniz, dərs ilinin ortasında müəllimləri işdən qovursunuz”.

Sobçak məsləhət görür ki, hakimiyyət Rusiya regionlarının unikal xüsusiyyətini nəzərə almaq əvəzinə, “hamıya eyni ölçülü paltar biçir”.

Tatarıstanın baş prokuroru İldus Nafikov noyabrın 29-da elan edib ki, tatar dilinin tədrisi bundan sonra respublikanın məktəblərində icbari olmayacaq və uşaqlar tatar dilini həftədə iki saat olmaqla könüllü əsasda və valideynlərinin yazı razılığı ilə öyrənə biləcəklər.

Jurnalist və teleulduz Sobçak Sankt Peterburqun mərhum meri və Putinin keçmiş müdiri Anatoli Sobçakın qızıdır və 2018-ci il 18 mart prezident seçkisində iştirak edəcəyini oktyabr ayında bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG