Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:01

Sloveniya polisinə sərhədi bağlamaq səlahiyyəti verilib


Sloveniya polisi sərhəddə, 12 noyabr 2015

Sloveniya hökuməti polisə qanunsuz miqrasiyanın qarşısını almaq üçün sərhədi bağlamaq səlahiyyəti verib.

Bununla bağlı qanun layihəsinin ölkə parlamentində səsverməsi də keçiriləcək.

Miqrantlar Qərbi Avropaya getmək üçün çox vaxt Balkan yolundan istifadə edir. Macarıstan sərhədlərini miqrantların üzünə bağlayandan sonra onlar daha çox Sloveniyaya üz tuturdular.

500 min miqrantın Sloveniyadan Qərbi Avropaya keçdiyi bildirilir.

Rəsmi Lublyana 2016-cı ildə miqrantlardan 1.170 müraciət alıb. Bunlardan 148-nə müsbət rəy verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG