Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Siyəzən və Şabranda yanğınsöndürmə işləri davam edir


Arxiv foto
Arxiv foto

Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilir ki, tüstülənmə davam etsə də, açıq alov müşahidə olunmur.

Hazırda sözügedən bölgələrdə yanğının söndürülməsi istiqamətində tədbirlərin davam etdiridiyi bildirilir.

Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və “BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunduğu deyilir.

Hər üç yanğın iyulun 28-də başlayıb.

Bundan öncə, iyulun 27-də Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkının ərazisində yanğın baş vermişdi. O iyulun 28-də səhər saatlarında söndürülüb.

İyulun əvvəlində Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın baş vermişdi.

XS
SM
MD
LG