Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 02:12

'Hakimiyyət daxilində kimlərsə təlaş ovqatının yaranmasını istəyir'


Anar Məmmədli, Bakı, 30 noyabr 2011

Siyasi proseslərə iki fərqli baxış.

Ölkədə siyasi məhbus sayılan şəxslərin böyük çoxluğunun prezidentin mayın 24-də imzaladığı əfv fərmanından kənarda qalması və bunun ardınca müxalifət təmsilçilərinin yeni həbsləri siyasi mühitdə müxtəlif yanaşmaları ortaya qoydu.

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı düşünür ki, bütün ölkələrdə oxşar problem var. Amma onun fikrincə, Azərbaycanın indiki siyasi durumu həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yaxşıdır.

Məhərrəm Zülfüqarlı deyib ki, həbslər ABŞ-da, Avropada da var:

“Bir-iki hadisə ictimai-siyasi durumun mənfi olmasından xəbər vermir. Ötən əsrin 90-cı illərdə hesab edirdik ki, Qərbə inteqrasiya labüddür, Azərbaycan da bundan qazanacaq, hətta Qarabağ probleminin obyektiv həllinə ümid edirdik. Ancaq Qərbin də öz maraqlarını gördük”.

Avropa Birliyi ilə danışıqlara gəlincə, o, bildirib ki, indiki gedişatda Azərbaycan öz mənafeyindən çıxış etməyə çalışmalı və maraqlarına ziddi olan hallara üstünlük verməməlidir:

Məhərrəm Zülfüqarlı, 29 may 2010
Məhərrəm Zülfüqarlı, 29 may 2010

“Avropanın mədəsində həzm olunmamalıyıq”

“Məsələn, Avropa dəyərləri dedikdə, Azərbaycan mentalitetinə uyğun olmayan dəyərlər var ki, bizə diktə edirlər. Yaxud Avropa üçün məqbul, Azərbaycan üçün məqbul olmayan məsələlər var, ya da əksinə. Əli bəy Hüseynzadə deyirdi ki, biz Avropanın mədəsində həzm olunmamalıyıq, müsbət cəhətləri götürməliyik..."

Məhərrəm Zülfüqarlı deyib ki, Azərbaycanda müsbət proseslərin cəriyan etdiyini Qərbdə də görməmiş deyillər:

“ Neçə ildir Azərbaycanda Avropa idman, mahnı yarışmaları və bir sıra siyasi-iqtisadi beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərə Avropa ölkələrinin dövlət rəsmiləri ilə bərabər tanınmış şəxsləri qatılər. Onlar Azərbaycanın hansı inkişaf mərhələsini keçdiyini görürlər və fikirlərini də gizlətmirlər”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə xatırladıb ki1 aprelin 11-də keçirilən növbədənkənar prezident seçkisindən sonra siyasi motivli həbslərin sayı artıb:

“Bütün bunlara izahat verməkdə çətinlik çəksəm də, hakimiyyət daxilində narahatlıq sezilir və bu, narahatlığın səbəbi ölkədə siyasi fəallığın canlanmasıdır. Əslində, ciddi siyasi fəallıq üçün hadisə cümhuriyyətin 100 illiyinin tamam olmasıdır. Hətta 100 illiyin bayram kimi keçirilməsinə belə hakimiyyət bəzi hallarda mane oldu. Bu da siyasi fəallığın yüksəlməsinə olan maneələrlə bağlıdır. Görünür, hakimiyyət bayram, yaxud təsadüfü hadisə ilə bağlı siyasi fəallığın yaşanmasını istəmir. Hakimiyyətin münasibətinin belə olmasında iki amil var: Birinci, Ermənistanda məxməri inqilabdan sonra hakimiyyət daxilində təlaş yaranıb. İkinci, hakimiyyət daxilində kimlərsə təlaş ovqatının yaranmasını istəyirlər. Halbuki, Ermənistan və Azərbaycan cəmiyyətləri xeyli fərqli inkişaf yolunu seçdiklərindən təlaş üçün heç bir əsas görünmür. Azərbaycanda insan hüquq və azadlıqlarının durumu Ermənistanla müqayisədə daha acınacaqlıdır...”.

Anar Məmmədli hesab edir ki, son hadisələr hakimiyyətin vəziyyətini beynəlxalq müzakirələrdə xeyli çətinləşdirir:

“Bu mənada Avropa Birliyi ilə müzakirələrin çətin keçəcəyini düşünürəm. Ona görə ki, Avropa Parlamentinin yaxınlarda dərc olunacaq hesabatında konkret olaraq ifadə azadlığı, siyasi məhbuslar, insan hüquq və azadlıqları ilə bağlı problemlərin həll olunmadığı təqdirdə sazişin imzalanmaması əks olunub... Düzdür, Azərbaycan enerji təhlükəsizliyində Qərbin bir çox şirkətlərinin və dövlətlərinin tərəfdaşıdır. Amma insan hüquq və azadlıqları da bu məsələlərlə parallel getməlidir. Əfsuslar ki, hakimiyyət daxilində bunu dərk etmək istəmirlər. İndi ciddi problem yaranmaya bilər, ancaq bir müddət sonra yaranacaq. ”.

Günün bütün mövzuları

XS
SM
MD
LG