Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

‘Siyasi məhbus siyahısı’ yeniləndi - 150 nəfər...


"Azərbaycan siyasi məhbusların azadlığı uğrunda" Birlik Azərbaycanda siyasi məhbus sayılan 150 nəfərin olduğunu bildirir.

Qurum yeni siyahısını açıqlayıb.

Birliyin həmtəsisçilərindən, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev deyib ki, siyahıdakıların əksəriyyəti dindarlardır:

“Adları siyahıya daxil edilənlərin 70 faizi dindardır. Onların böyük hissəsi 2015-ci il Nardaran hadisələrilə bağlı həbs olunub. Həmin hadisələrlə bağlı həbs olunanlar ümumilikdə 500 il həbs cəzası alıb”.

Onun sözlərinə görə, ötən müddətdə bəzi məhbuslar azadlığa çıxıb, bununla belə siyahıya yenilərinin adları daxil edilib.

Müsavat Partiyasının həbsdəki fəalları Azad Həsənovun, Əbülfəz Sadıqbəylinin adları siyahıya yeni daxil edilənlər arasındadır.

Siyahıya 10-dan artıq jurnalist, bloqqer məhbusun adı daxil edilib.

Xatırlatma

"Azərbaycan siyasi məhbusların azadlığı uğrunda" hüquq-müdafiə təşkilatının təqdimatı noyabrın 14-də olub. Bunadək həmin birliyi təsis edənlər Siyasi Məhbusları Müdafiə Mərkəzində birləşmişdilər.

ASMAU-nun təsisçiləri Leyla Yunus (Sülh və Demokratiya İnstitutu), Elşən Həsənov (Siyasi Məhbusların Müdafiəsi Mərkəzi), Hilal Məmmədov ("Tolışi sado" qəzetinin baş redaktoru) və Eldəniz Quliyevdir (Azərbaycan Ziyalılar İttifaqının sədri).

ASMAU-dan başqa Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupu da Azərbaycandakı siyasi məhbus sayılan şəxslərin siyahısını hazırlayıb yayır.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olması fikri ilə razılaşmır, Azərbaycanda siyasi mənsubiyyətinə və ya düşüncəsinə görə heç kimin həbs edilmədiyini bidlirir.

Siyasi məhbus sayılan bir neçə şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG