Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:54

8 Mart - bəzi məktəbli anaları üçün qayğılı gün [video]


«Müəllimə 50 manat istəyir» - 8 mart buraxılışı
Gözlə

No media source currently available

0:00 0:14:11 0:00

«Müəllimə 50 manat istəyir» - 8 mart buraxılışı [A-Live]

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Bayramıdır. Amma bu gün həm də bəzi məktəblilərin anaları üçün qayğılı gündür. Söhbət müəlliməyə hədiyyə almağa pulu olmayan məktəblilərdən gedir.

Valideynlər adətən bu haqda açıq danışmaq istəmirlər, uşaqlarına təzyiq ola biləcəyini deyirlər. Amma etiraf edənlər var ki, məktəblərdə qadınlar bayramında hələ də müəlliməyə pul, hədiyyə verənlər var:

“Sinif rəhbəri istəyib. Deyib ki, 50 manatdan gətirməlisiz. Mütləq gətirməlisiz. Mənim qızım deyib bizim imkanımız yoxdur”.

Buna da bax:​ Sizcə, Azərbaycan xanımını nə xoşbəxt edər?

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, məktəblərdə pul və hədiyyə almaq fərdi qaydada və ya qrup halında olur- valideynlər toplaşıb pul yığırlar və müəllimə verirlər.

“Bəzən biz valideynlərdən soruşanda nədən bunu edirsiz, deyirlər ki, etməsəm, uşağı gözümçıxdıya salır, uşağıma diqqət yetirmir dərs hazırlığında. Yerli -yersiz iradlar bildirir, uşaq da pisikir. Dostları arasında özünü pis hiss edir. Psixoloji cəhətdən pis təsir edir uşağa”.

Buna da bax:​ Seymurun Nigara zəngi: '8 Martda sənə arzum...'- [Video]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva report.az-a müsahibəsində deyib ki, Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi məktəblərdə 8 Mart-a pul yığılmasının əleyhinədir. Onun sözlərinə görə, anonim şikayətlər istisna olmaqla bütün şikayətlər araşdırılır.

"Məktəblərdə pul yığılması ilə bağlı şikayət daxil olsa, dərhal reaksiya verəcəyik. Məktəblərdə pul yığılması ilə bağlı daim ictimaiyyətdə narazılıqlar eşidilir. Bəlkə də bir çox hallarda bu məsələlərin təşəbbüskarları müəllimlərdir, bunu istisna etmirik. Amma bu işlərin təşkilatçısı elə valideynlər özləridirlər. Ona görə də narazılığımızı kimə yönləndirdiyimizə baxmalıyıq".

Buna da bax:​ 8 mart – Soyuq müharibənin və kommunistlərin bayramı?

“Təhsil xidmətləri” Qeyri Hökumət təşkilatının rəhbəri Kamran Əsədov isə deyir ki, hökumətin reaksiyası daha sərt olmalıdır-şagirdlərdən, müəllimlərdən pul tələb edən müəllimlər cəzalandırılmalıdır:

“Valideynlərin valideyn komitəsi vasitəsilə müəllimlərə kitab, gül hədiyyə etməsi qəbul ediləndir. Amma şagirdlərin bu prosesə cəlb olunması, pul yığılması cinayətdir. Bu haqda ciddi tədbirlər görülməlidir ki, bu hallar təkrarlanmasın”.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə hesab edir ki, müəllimlər hələ Sovet hökuməti dövründən azgəlirli olublar və bayramlar onları dəstəkləmək üçün ənənəyə çevrilib. Onun sözlərinə görə, müəllumlərin əmək haqları indi də azdır, hətta diaqnostik qiymətləndirmədən sonra da 300 manat civarındadır və bayramlarda pul yığma ilə mübarizə, müəllimin rifahını yaxşılaşdırmaqla paralel getməlidir.

Buna da bax:​ 8 Martda süpürgəçi qadınları sevindirdilər

Dövlət statistika komitəsinin məlumatına görə, Azərbaycanda orta məktəb müəllimlərinin 80 faizə qədəri qadınlardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG