Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Bir vaxtlar keşiş adı almış məşhur müğənni müsəlman oldu


Sinead O'Connor 2014-cü ildə İtaliya telekanalında keşiş qiyafəsində
Sinead O'Connor 2014-cü ildə İtaliya telekanalında keşiş qiyafəsində

Məşhur irland pop müğənnisi Sinead O'Connor İslamı qəbul etdiyini bildirib. O deyib ki, bu “hər hansı ağıllı teoloji səyahətin təbii nəticəsi” olub.

Telegraph yazır ki, 51 yaşlı O'Connor bu barədə məlumatı ötən həftə Twitter hesabından yayıb.

O həmçinin azanı məşq etdiyini və hicablandığını göstərən video və fotoları da post edib.

O'Connor yazır: "Mən bildirirəm ki, müsəlman olmağımla fəxr edirəm. Bu hər hansı ağıllı teoloji səyahətin təbii sonluğudur. Bütün müqəddəs yazıların öyrənilməsi İslama aparır. Bu bütün başqa yazıları etibarsız edir. İndi mənə yeni ad veriləcək. Bu Shuhada olacaq”.

Qəzet yazır ki, o vaxtdan sonra müğənni Twitter-dəki adını dəyişərək Shuhada Davitt edib.

Müğənninin bu addımını İrlandiya imamlarından Shaykh Dr Umar al-Qadri alqışlayıb və müğənni ilə birgə çəkdirdiyi videonu yayıb:

Bir çox irlandlar üçün O'Connor milli azadlıq mübarizəsinin səsi idi.

Telegraph yazır ki, O'Connor son bir neçə onillikdə müxtəlif dinləri dəyişib.

Əslən Dublin qraflığından olan müğənni 1992-ci ildə ABŞ telekanalındakı canlı yayım vaxtı Roma papasının şəklini cırıb.

Həmin vaxt ona Kelt Pravoslav Kilsəsi tərəfindən keşiş rütbəsi verilmiş, lakin İrland Katolik Kilsəsi bu qərarı qəbul etməmişdi. Bu kilsə qadınların keşiş olmasını qadağan edir.

Lap bu yaxınlarda O'Connor özünü xristian hesab etdiyini və bu dinin ona uşaqlıqda məruz qaldığı təcavüzlərin buraxdığı iztirablara üstün gəlməkdə güc verdiyini demişdi.

O elə ötən il adını dəyişərək Magda Davitt olmuşdu.

Son illərdə Britaniya mətbuatı onun dərin sarsıntı və depressiya yaşamasından yazır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG