Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:17

Şimali Koreya hidrogen bombasının uğurlu sınağını keçirdiyini deyir


Şimali Koreya hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan edib.

Cənubi Koreyanın informasiya agentliyi bundan əvvəl-səhər saatlarında “Pxunqeri” poliqonunun yerləşdiyi rayonda yeraltı təkanlar qeydə alındığını xəbər verib.

İlkin qənaətə görə təkanlar təbii sesmik fəallıqla bağlı olmayıb.

Beynəlxalq kütləvi informasiya vasitələri də (KİV) Şimali Koreyanın son illərdə 6-cı-sonuncu nüvə sınağı keçirməsi barədə məlumat yayıblar.

Çinin zəlzələlərin monitorinqi üzrə idarəsi də 6,3 bal gücündə təkanlar qeydə alındığını və bunun ola bilsin ki, “nüvə sınağı” ilə bağlı olduğunu bəyan edib.

Yerli vaxtla səhər saat 11:30-da qeydə alınmış zəlzələnin mərkəzi“sıfır kilometrlik” dərinlikdə olub.

“Pxunqeri” Şomali Koreyanın nüvə sınaqları üçün ən böyük poliqonudur.

Poliqon sönmüş “Pektusan” vulkanının dağlıq ərazisində yerləşir.

Bu ərazi Yapon dənizinin 65, Rusiya sərhədinin isə təxminən 190 kolometrliyindədir.

Şimali Koreya 2016-cı ilin yanvarında da Hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan eləmişdi.

Foto arxiv
Foto arxiv

Şimali Koreyanın keçirdiyi son raket və nüvə sınaqları Koreya yarımadası ətrafında onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.

Cənubi Koreya ABŞ-la birlikdə buna cavab verməyə hazır olduğunu bəyan edib.

Həmçinin Yaponiya raket və nüvə sınaqlarının ciddi narahatlıq doğurduğunu və qəti şəkildə qəbuledilməz olduğunu bəyan edib.

Çinin xarici işlər nazirliyi Şimali Koreyanı bu cür hərəkətləri dayandırmağa və BMT Təhlükəsizlik Şurası-nın qətnamələrinə əməl etməyə çağırıb.

ABŞ prezidenti Donald Trump dəfələrlə bəyan edib ki, Pxenyanın raket sınaqlarına cavab vermək üçün «bütün variantlar masa üstündədir». O, avqustun 30-da Twitter-də yazıb ki, Şimali Koreya məsələsinin həllinin cavabı danışmaqda deyil.

Rusiyanın xarici işlr naziri Sergei Lavrovsa ABŞ Dövlət katibi Rex Tillerson-a deyib ki, ABŞ-ın Şimali Koreyaya qarşı hər hansı hərbi addımı «proqnozlaşdırılmayan nəticələr» verər. O, Şimali Koreyaya əlavə sanksiyaların əks-nəticələr törədəcəyini də əlavə edib.

Rex Tillerson və Sergei Lavrov
Rex Tillerson və Sergei Lavrov

Qeyd edək ki, Pxenyan həmin vaxt-yəni indiki sınaqdan bir neçə gün əvvəl yeni ballistik raketin sınağını keçib.

Yaponiya üzərindən keçən raket dənizə düşüb.

Buna da bax:"Şimali Koreya yeni ballistik raketlərin sınağını keçirdi"

Bundan sonra Tokio Şimali Koreyaya yeni sanksiyalar qoymağa çağırıb.

BMT-nin Təhlükəsizlik Şurası bundan əvvəlki sınaqlara görə, Pxenyana yeni iqtisadi sanksiyalar qoymuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG