Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 04:21

Şimali Koreya yeni ballistik raketlərin sınağını keçirdi


Foto arxiv

Şimali Koreya avqustun 26-da yaxın mənzilli raketlərin sınağını keçirib.

Raketlərin uçuşu təxminən 250 kilometr olub və Yapon dənizinə düşüblər.

Cənubi Koreya ilə Yaponiya rəsmiləri onların ballistik raketlər olduğunu bildiriblər.

Bu, iyulun 28-dən bu yana Şimali Koreyanın keçirdiyi ilk raket sınağıdır.

Reuters-in məlumatına görə, raketlərdən biri havaya qalxdıqdan az sonra partlayıb.

ABŞ müdafiə nazirliyi raketlərin Şimali Amerika və Quam adasına təhlükə olmadığını bəyan edib.

Yeni sınaq barədə prezident Donald Trump-a məlumat verilib.

Beynəlxalq aləm nüvə və raket sınaqlarına görə Şimali Koreyanı dəfələrlə ittiham edib.

Pxenyan təkcə bu yay 2 qitələrarası ballistik raketin sınağını keçirib.

BMT-nin təhlükəsizlik şurası Şimali Koreyaya qarşı sanksiyaları kəskinləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG