Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 04:36

Makedoniyada xərçəngin müalicəsindəki korrupsiyanın bədəli


Əlləri qırmızıya boyanmış etirazçılar Skopyedə hökumət binasının qarşısında "Qatillər!" şüarı səsləndirirlər.
Əlləri qırmızıya boyanmış etirazçılar Skopyedə hökumət binasının qarşısında "Qatillər!" şüarı səsləndirirlər.

Ötən ilin dekabrında makedoniyalı Filiz Ndoçiyə xərçəng diaqnozu qoyulub. Bundan sonra o, həyatını dəyişə biləcək qərarlar verməli olub. Ən əsas qərarsa müalicə alacağı ölkə seçimi ilə bağlı idi. O deyir ki, qərarı onun özünü belə təəccübləndirib: "21 il tibb sistemində işləmişəm və 21 ildən sonra adamda öz ölkəsindəki müalicəyə inam qalmır. Bu hiss məni çox qorxudurdu".

Şimali Makedoniyanın paytaxtı Skopyedə bir dövlət stomatoloji klinikasında baş tibb bacısı olan Ndoçi illər ərzində Radioterapiya və Onkologiya Universitet Klinikasında dərmanlarla bağlı korrupsiya və sui-istifadə halları haqda çoxlu şayiə eşidib. Buna görə də bu vaxta qədər yığdığı, dostlarından və qohumlarından borc aldığı pulları götürüb əməliyyat və müalicə olunmaq üçün Türkiyəyə gedib. "Xəstəlik oturub gözləyə bilməzdi ki, mən həmkarlarımla danışıb o şayiələrin doğruluğunu yoxlayım. Ona görə də mən xaricdə müalicə olunmağı qərara aldım".

Yüngüllük gətirən xəbər

Ndoçi bir əməliyyat və doqquz aylıq müalicədən sonra eşitdiyi xəbərdən qəribə yüngüllük hissi keçirdiyini deyir. Skopyedə sözügedən Universitet Klinikasının həyat qurtaran dərmanları qara bazarda satması ilə bağlı ittihamlar, nəhayət, polisin diqqətini də cəlb edibmiş.

"Başqalarının pullarını xaricdə müalicəyə xərcləməklə israfçılıq etdiyimi düşünür, özümü günahkar hiss edirdim. Ancaq Onkologiya Klinikasındakı qalmaqal haqda eşidəndə müəyyən rahatlıq tapdım. Deməli, kənarda müalicə almağa qərar verməkdə səhv etməmişəmmiş", – Ndoçi AzadlıqRadiosunun Balkan xidmətinə deyib.

Ölkənin səhiyyə sektorunda ard-arda azı 10 ildir ki, davam edən qalmaqallar 2 milyon makedoniyalının dövlət səhiyyə sisteminə inamını məhv edib.

Ancaq bu ay prokurorların, nəhayət ki, Onkologiya Klinikası barəsində ölçü götürməsi ilə vəziyyət daha da gərginləşib. Klinika rəsmiləri kritik ehtiyac duyulan bahalı xərçəng dərmanlarını müntəzəm oğurlamaqda, qara bazara çıxararaq satmaqda ittiham olunur.

Prokurorlar Skopyedə Onkologiya Klinikasındakı səhv idarəetmə və sui-istifadə ilə bağlı ifşaedici məlumatlardan dörd ay sonra, nəhayət, tədbir gördülər.
Prokurorlar Skopyedə Onkologiya Klinikasındakı səhv idarəetmə və sui-istifadə ilə bağlı ifşaedici məlumatlardan dörd ay sonra, nəhayət, tədbir gördülər.

Hökumət problemləri etiraf edir, amma...

Şimali Makedoniya Prezidenti Stevo Pendarovski vəziyyəti "dəhşətli" adlandırıb, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin gördüyü tədbirləri alqışlayıb. O əlavə edib ki, "tibb sistemi açıq-aşkar uğursuzdur" və həm mövcud xəstələrin etibarını itirib, həm də gələcək xəstələrin müalicəsinin keyfiyyəti barədə suallar doğurur.

Baş nazir Dimitar Kovaçevskinin Sosial-Demokrat Birliyinin rəhbərlik etdiyi hökumətin əsas nazirləri, o cümlədən səhiyyə naziri problemlərin olduğunu etiraf etsələr də, onların öncəki administrasiyaların vaxtından qaldığını deyirlər. İndiki hökumət 2022-ci ilin əvvəlində hakimiyyətə gəlib.

Səhiyyə Sistemləri və Siyasəti üzrə Avropa Rəsədxanasının məlumatına görə, Şimali Makedoniyada səhiyyə xidmətinə çəkilən xərclər davamlı azalaraq Cənub-Şərqi Avropanın ən aşağı səviyyələrindən birinə çatıb. Bundan başqa, insanların xərcləri öz ciblərindən ödəməli olması pasiyentləri məyus edir, reseptlə alınan dərmanların qıtlığı isə bu məyusluğu daha da artırır. Ancaq ekspertlər deyirlər ki, təhsilli tibb mütəxəssislərinin ölkədən getməsi səhiyyədəki problemləri daha da ağırlaşdırıb.

Dərman qıtlığı, klinikanın 20 milyon avro borclanması

Yoluxucu olmayan xəstəliklər, xüsusən xərçənglə bağlı ölüm faizi son 20 ildə narahatedici səviyyəyə qalxıb. Tibbi xidmətə çıxışla bağlı maneələr, o cümlədən dərman qıtlığı və ictimai vəsaitin qeyri-adekvat xərclənməsi də mütəxəssisləri narahat edir.

Onkologiya Klinikası uzun zaman ölkənin ən qabaqcıl və prestijli dövlət xərçəng xəstəxanası hesab edilib. Ancaq mərkəzin hazırkı durumu ilə bağlı aşkarlanan faktlar və may ayından "Fokus" qəzetində dərc edilən araşdırma məqalələri insanları vahiməyə salır: Skopye Xərçəng Klinikasında səhv idarəçilik onu təxminən 20 milyon avro borca salıb; işçilər sitostatikləri - xərçəng hüceyrələrini öldürmək üçün istifadə edilən bahalı dərmanları oğurlayırlar.

2021-ci ildə AzadlıqRadiosunun Balkan xidməti Tetovo şəhərində milyonlarla dollar dəyərində müasir şüa terapiyası avadanlıqlarının 2013-cü ildən bəri anbarda toz yığması haqda araşdırma dərc etmişdi. Bəzi cihazların təhlükəsizlik sertifikatlarının müddəti çoxdan keçib.

XS
SM
MD
LG