Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:51

ABŞ-la Polşa “Şimal axını 2” qaz kəməri layihəsini böyük təhlükə hesab edirlər


Andrzej Duda və Donald Trump
Andrzej Duda və Donald Trump

Polşa, Rusiya ilə Almaniyanın birgə “Şimal axını 2” qaz kəməri layihəsini Avropanın enerji sabitliyinə “böyük təhlükə” hesab edir.

AzadlıqRadiosunda olan məlumata görə,bunu Polşa prezidenti Andrzej Duda sentyabrın 18-də Vaşinqtonda ABŞ prezidenti Donald Trump-la görüşdən sonra birgə mətbuat konfransında deyib.

Andrzej Duda deyib ki, onlar Avropanın enerji təhlükəsizliyi məsələsini və enerji idxalının şaxələndirilməsini müzakirə ediblər.

“Şimal axını 2” qaz layihəsi bu mənada hazırda ən böyük təhlükədir. Prezident Donald Trump-la bu məsələni müzakirə elədik. Mən vəziyyəti olduğu kimi təsvir elədim.Amma dəqiq demək lazımdır ki, tikinti işləri istər Almaniya, istərsə də Rusiya tərəfdə artıq başlayıb.Baltik dənizinin dibindən keçəcək boru kəmərinin quraşdırılması ilə bağlı yalnız formal məsələlər qalır. İstənilən halda bu layihə Polşanın enerji sabitliyini təhlükə altında qoyur” Duda vurğulayıb.

Foto arxiv
Foto arxiv

Donald Trump isə deyib ki, ABŞ və Polşa Avropada enerji müxtəlifliyinin tərəfdarıdırlar və heç bir ölkə enerji məsələsində yalnız bir xarici təhcizatçıdan aslı olmamalıdır.

ABŞ prezidenti qeyd edib ki, Polşa istər öz daxilində, istərsə də bütün Mərkəzi Avropada yorulmadan enerji sarıdan müstəqilliyin möhkəmlənməsinə çalışır.Varşava hazırda ən müasir texnologiya ilə Norveçdən Polşaya yeni kəmər çəkir, bu yaxınlarda isə sıxılmış qaz idxalı üçün obyekt tikib.

Donald Trump və Andrzej Duda
Donald Trump və Andrzej Duda

11 milyard dollarlıq bu layihənin, Rusiyanın Qərbi Avropaya ötürdüyü qazın həcmini ikiqat artıracağı gözlənir.

1 225 kilometrlik kəmər Baltik dənizinin dibindən keçir və işlər artıq gələn il tamamlanmalıdır.

Bu layihəyə qarşı çıxan Polşa və Litva artıq mayeləşdirilmiş LNG qazı üçün terminallar tikiblər.

Polşa ötən il ilk dəfə olaraq ABŞ-dan belə qaz alınmasına da nail olub.

ABŞ prezidenti Donald Trump həmin vaxt demişdi ki, onun ölkəsi Avropaya LNG-sıxılmış qaz ixracını artırmaq istəyir.

“Şimal Axını-2” layihəsinə qarşı çıxanlar deyirlər ki, ABŞ-dan idxal hesabına təchizatı şaxələndirə və Rusiyanın qazdan siyasi silah kimi istifadəsini önləyə bilərlər.

Buna da bax:“Şimal Axını-2” kəmərinə qarşı çıxanların planı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG