Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 12:31

Müdafiə sənayesi silah istehsalını artırıb


Müdafiə sənayesi sərgisi.

Yanvarın 24-də Müdafiə Sənayesi Nazirliyində (MSN) qurumun fəaliyyəti ilə bağlı kollegiya iclası keçirilib.

Kollegiyada bildirilib ki, nazirliyin müəssisələrində bir sıra yeni növ müdafiə və mülki təyinatlı məmulatların istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər həyata keçirilib.

Buna da bax:​ Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır

“2016-cı ildə nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub”, deyə Müdafiə Sənayesi naziri Y.Camalov bildirib.

Nazirin sözlərinə görə, hesabat ilində sifarişçilərə pilotsuz uçuş aparatları (PUA), minaatanlar, AK-74M tipli avtomat, universal pulemyot, xüsusi təyinatlı snayper tüfəngi, “Matador” və “Marauder” tipli zirehli transportyorlar təhvil verilib. Habelə, avtomatik qumbaraatan kompleksi, zenit qurğusundan ötrü nişangah, tank əleyhinə qumbara, və təlim aviasiya bombaları təqdim edilib.

Buna da bax: Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək

Nazir 2016-cı ildə keçirilən sərgidə qurumun 260 adda məmulat nümayiş etdirdiyini bildirib.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilməsinə dair memorandum imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG