Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:00

Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək


Silah sərgisi, Bakı 12 sentrabr 2014

“Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək”. Bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

APA xəbər verir ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: “Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq”.

Nazir Azərbaycanın əsas məqsədinin uzaq mənzilli raketlərin istehsalı olduğunu və bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparıldığını söyləyib.

"Bu il dövlət sifarişi proqramı artıqlaması ilə yerinə yetirilib"

Nazir qeyd edib ki, ötən ilin müvafiq dövri ilə müqayisədə bu il güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 1,6 dəfə, çeşidi 1,8 dəfə artıb.

Onun sözlərinə görə, yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər “Hava-Hava", “Hava-Yer” tipli raketlərin istehsalı durur:

“Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq da əldə olunub”.

XS
SM
MD
LG