Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:46

Peyvənd olunmuş senatorlar virusa yoluxub


ABŞ Senatı
ABŞ Senatı

Yeni Zelandiyada yoluxma halları 31-ə çatıb

Sidneydə iki aydır davam edən lokdaun sentyabrın sonunadək uzadılıb. Avstraliyanın ən böyük şəhərində delta ştammı yayılmaqdadır.

Sidneyin yerləşdiyi Nyu Saus Uels ştatı ötən həftədən lokdaun rejimindədir.

Əhalinin qəzəbi

Avqustun 20-də ştatda Covid-19-a 642 yoluxma və dörd ölüm halı qeydə alınıb. Yoluxma sayı pandemiya başlanandan ən yüksək göstəricidir.

Regionda ictimai qəzəb də yüksəlir, çünki lokdaunun uzadılmasının faydası görünmür, üstəlik, yerli bizneslərə və insanların həyatına təsir göstərir.

Hazırda Avstraliyanın 25 milyonluq əhalisinin yarıdan çoxu lokdaunun hansısa formasıyla üzləşib. İqtisadiyyatda uzun illərdən bəri ikinci resessiya riski yaranıb.

Yeni Zelandiyada yoluxma halları 31-ə çatıb. Bu, Baş nazir Casinda Ardernin bu həftə elan etdiyi lokdaunu uzadacağı deməkdir. Yeni Zelandiya altı aya yaxın müddətdə virussuz və məhdudiyyətsiz yaşayıb.

'Toyxanalar doludur, amma məscidə 50 nəfər buraxırlar'
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

İsrail, ABŞ

İsraildə iki həftədir Pfizer/BioNTech vaksininin gücləndirici dozasının vurulması başlanıb. Səbəb vaxt keçdikcə vaksinin effektinin azalması və delta ştammının yayılmasıdır.

Avqustun 19-dan Səhiyyə Nazirliyi yaşı 40 və yuxarı olanlara, eləcə də müəllimlərə, əlilliyi olanlara, hamilə qadınlara üçüncü dozanın vurulacağını elan edib.

Bir neçə gün öncə Bayden administrasiyası sentyabrdan buster dozaların vurulacağını açıqlayıb.

Avqustun 19-da tam peyvənd olunmuş 3 senator COVID-19 testlərinin pozitiv çıxdığını bildiriblər. Konqres yay tətilində, senatorlar isə öz ştatlarındadırlar.

Meyn ştatından 77 yaşlı müstəqil senator Anqus Kinq, Koloradodan demokrat Con Hikenluper əhalini vaksin olunmağa səsləyib, vaksinsiz xəstəliyi daha ağır keçirəcəklərini deyiblər.

Delta ştammı Almaniyada da narahatlıq doğurub. Vaksinasiya səviyyəsinin yüksək olmasına baxmayaraq artıq dördüncü dalğanın başlandığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG