Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:22

Kömür mədənində partlayışda 52 nəfər həlak olub


Listvyajnaya mədəni yaxınlığında
Listvyajnaya mədəni yaxınlığında

Kuzbasdakı Listvyajnaya mədənində partlayış vaxtı 285 şaxtaçı olub

Xilasedicilər bir nəfəri şaxtadan salamat çıxarıblar. Artıq ölmüş hesab olunan şəxs xilasedici imiş. O, xəstəxanaya yerləşdirilib.

***

Noyabrın 25-də Sibirin Kemerovo regionunda kömür mədənində partlayış azı 52 nəfərin həyatına son qoyub. Onların 46-sı şaxtaçı, 6-sı xilaseidicilərdi. Onlarla itkin var.

Regionda üç günlük matəm elan olunub.

Kuzbasdakı Listvyajnaya mədənində partlayış vaxtı 285 şaxtaçı olub.

Rusiya İstintaq Komitəsi təhlükəli hasilat obyektlərində sənaye təhlükəsizlik tələblərinin ölümlə nəticələnən pozuntusu üzrə cinayət işi açıb.

2020-2021-ci illərdə müfəttişlərin bu şaxtada onlarla təhlükəsiz qaydaları pozuntusu aşkarladığı bildirilir. Onların bəziləri yetərincə ciddi imiş.

2021-ci ildə Rostexnadzor-un regional şöbəsi mədəndə 140-a yaxın pozuntu aşkarlayıb. Onlar əsasən ventilyasiya sistemləri və yanğınsöndürməyə aid olub.

Rostexnadzor-un obyektdə 18 ciddi təhlükəsizlik qaydası pozuntusu müəyyənləşdirdiyi bildirilir.

2016-cı ildə Rusiyanın uzaq şimalında kömür mədənində metan partlayışı 36 şaxtaçının həyatına son qoymuşdu. Bundan sonra hakimiyyət ölkədə 58 kömür mədənində təftiş apardı, onların 20-nin, yaxud 34 faizinin təhlükəsiz olduğu açıqlandı.

***

Rusiyanın xəbər agentlikləri hazırda 39 şaxtaçının itkin hesab olunduğunu xəbər verirlər.

***

Kemerovo regionunun qubernatoru Sergey Tsivilev deyib ki, yerin altında qalanlarla “kommunikasiya yoxdur”.

“Baza” xəbər agentliyinin məlumatına görə, xilasedicilər mədəndə qalanlara çata bilmir, qatı tüstü buna imkan vermir.

Hadisə 250 metr dərinlikdə baş verib. İlkin məlumatlara görə, partlayışa kömür tozunun ventilyasiya valında alışması səbəb ola bilər. Nəticədə tüstünün ventilyasiya sisteminə yayıldığı güman edilir.

***

Sibirin Kemerovo regionunda kömür mədənində yanğın partlayışa səbəb olub, azı 11 nəfər həlak olub, 43 nəfər xəsarət alıb. Rəsmi orqanlar xəbəri noyabrın 25-də açıqlayıb.

49 şaxtaçının taleyi isə bəlli deyil. Kuzbasdakı Listvyajnaya mədənindən yüzlərlə insan təxliyə olunub.

Həkimlər beş nəfərin vəziyyətinin ağır olduğunu, onlardan ikisinin tüstüdən zəhərləndiyini deyib.

Region qubernatoru Sergey Tsivilev ölüm və xəsarətlərə partlayışın səbəb olduğunu deyib.

Yanğın səhər tezdən başlayıb. Rusiyanın ən böyük kömür şirkətlərindən olan SDS-Ugol həmin vaxt mədəndə azı 287 nəfərin olduğunu bildirir.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi indiyədək 236 nəfərin çıxarıldığını açıqlayıb. Hadisə yerində xilasetmə işi davam edir.

Listvyajnaya mədəni 2003-cü ildə açılıb.

XS
SM
MD
LG