Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Prezident Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Qanunu imzalayıb


Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanma mərasimi, Azərbaycan prezidenti İlham Əliyev (sağ) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Şuşa şəhəri, 15 iyun 2021
Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanma mərasimi, Azərbaycan prezidenti İlham Əliyev (sağ) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Şuşa şəhəri, 15 iyun 2021

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bu barədə fevralın 12-də Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilsin."

Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2020-ci ilin noyabrında işğaldan azad olunmuş Şuşa şəhərində imzalanıb.

XS
SM
MD
LG