Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:01

Şortiklə mübarizə başlandı. Islama təhqirdi?


İllüstrasiya
İllüstrasiya

►Orta Asiya ölkələrində hökumət şortiklə mübarizəyə başlayıb.

Hökumət nə kişilərin, nə də qadınların şortik geyinməsini istəmir.

İş o yerə çatıb ki, bu geyim növünün ictimai yerlərdə və idarələrdə geyilməsi dress-kod ilə (geyim qaydaları) qadağan edilib.

Ən sərt məhdudiyyətləri Daşkənddə görmək olar.

Bir müddət əvvəl bu şəhərdə hətta kişilər və qadınlar üçün ayrı su hovuzlarının tikilməsi təklif edilmişdi. Əynində şortik olan bir gənc qızı isə poliklinika binasına buraxmamışdılar. Tibb müəssisəsinin işçiləri heç bu qadağanı izah edə də bilməmişdilər.

Hələ 2014-cü ildə Özbəkistanda qadın müğənnilərə "geyimdə seksual elementləri" qadağan edən dress-kod tətbiq etmişdilər.

Bəs birdən yolunuz Özbəkistana, yaxud Qırğızıstana düşsə, əyninizdə də şortik olsa, hansı məkanlara gedə bilməzsiniz? Azadlıq Radiosunun "İndiki zaman" TV layihəsi həmin məkanların siyahısını tərtib edib.

Düşənbədə nazirliklər

Tacikistanın bir çox hökumət idarələrində sərt dress-kod var. Təkcə işçilər yox, ziyarətçilər də bu idarələrin geyim qaydalarına əməl etməlidirlər. İyulun 4-də Düşənbədə bir sakini əynində qısa şalvar olduğuna görə Təhsil Nazirliyinin beynəlxalq proqramlar mərkəzinə buraxmayıblar. Həmin şəxs bildirib ki, onun hüquqları pozulub və bildirib ki, buna görə şikayət edəcək.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Mərkəzin əməkdaşları deyirlər ki, nazirin xüsusi əmri var: hər kəs nazirliyin idarələrinə yalnız rəsmi geyimdə gəlməlidir.

"Həqiqətən də, bura necə şortikdə gəlmək olar? Bura xaricdən qonaqlar gəlir. Qonağın qabağına şortikdə çıxmaq bizim adətlərimizdən deyil axı," deyə beynəlxalq proqramlar mərkəzinin aparıcı mütəxəssisi Navruz Xociyev gileylənir.

Navoidə (Özbəkistan) bank

Özbəkistanda şortik geyinmisinizsə təkcə poliklinikalara yox, banklara da daxil ola bilməzsiniz. Ötən ayın əvvəlində Navoi şəhərindən olan bir sahibkar sırf əynində şortik olduğuna görə "Mikrokreditbank"ın yerli şöbəsinə daxil ola bilməyib və son dərəcə isti havada paltarını dəyişmək üçün evə getməli olub.

"Həyatda cürbəcür vəziyyətlər olur axı. Adam elə həmişə klassik geyimdə ola bilməz ki. Axı biz müştəriyik," deyə sahibkar şikayətlənib.

Ancaq bankın əməkdaşları bu ittihamı rədd edərək bildiriblər ki, müştərilər banka istədikləri geyimdə gələ bilərlər.

____________________________________________________________

Bunlara da bax:
Löw: «Fransa Portuqaliyanı da yenəcək»
Gülər Əhmədova: «Talassemiya daşıyıcıyam» (Yenilənib)

____________________________________________________________

Daşkənddə yol polisi idarəsi

Hələ bir neçə ay əvvəl WhatsApp və Telegram messenger əlavələrinin istifadəçiləri Daşkəndin bir rayonunda yol polisi idarəsində qoyulmuş yeni geyim qaydalarını müzakirə edirdilər. Artıq yol polisinə "şort, qısa şalvar və açıq maykalarda" gəlmək "qəti qadağandır".

Almatıda məhkəmə

Almatıda bir sahibkarı şortik geydiyinə görə cinayət işləri məhkəməsinin iclasına buraxmayıblar. İclasda onun ofisinin qarət olunması faktı üzrə cinayət işinə baxılırmış.

"Mənə elə gəlir ki, bu, absurddur, mənə və mənim maraqlarıma hörmətsizlikdir. Xüsusilə də demokratiyanın başlıca institutu olan məhkəmədə," deyə sahibkar narazılığını ifadə edib.

Məhkəmə isə, əksinə, şortik geyməyi özünə qarşı hörmətsizlik hesab edib və Almatı sakinini 106050 tenge (310 dollar) məbləğində cərimə etməklə hədələyib.

Oş şəhərində (Qırğızıstan) məscid

2014-cü ildə Qırğızıstanın cənubundakı Oş şəhərinin 19 yaşlı sakini cümə namazına qısa şalvarda gəldiyinə görə başqa bir ziyarətçi tərəfindən döyülmüşdü. Həmin şəxs hesab edib ki, şortik İslama təhqirdir.

Döyülmüş gənc xəstəxanaya çatdırıldıqdan sonra həkimlər ona qarın nahiyəsində daxili qanaxma diaqnozu qoyublar. Nəticədə onun dalağı tamamilə çıxarılıb.

Buna da bax: Aktyor şair: Mənə deyirdilər öz işinlə məşğul ol

Aktyor şair: Mənə deyirdilər öz işinlə məşğul ol
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

XS
SM
MD
LG