Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:15

Löw: «Fransa Portuqaliyanı da yenəcək»


Antoine Griezmann almanların qapısına iki qol vurdu.
Antoine Griezmann almanların qapısına iki qol vurdu.

Almaniya yığmasının baş məşqçisi Joachim Löw yarımfinalda Fransaya məğlubiyyətdən (0:2) sonra rəqibin finala çıxmağa layiq olduğunu bildirib. Löw-ün dediyinə görə, final oyununun favoriti elə Didier Deschamps-ın yetirmələridir.

Xatırladaq ki, iyulun 10-da keçiriləcək final oyununda Fransa ilə Portuqaliya qarşılaşacaq.

Löw-ün UEFA-nın saytında yer alan açıqlamasında deyilir: «Fransa finala çıxmağı haqq etdi – mübahisə etməyə dəyməz, onlar yarımfinalda 2:0 hesabıyla qalib gəldi. Fransanın Portuqaliyanı da məğlub edəcəyini düşünürəm. Portuqaliyalılar, hələ ki, bu çempionatda parlaq oyun göstərmirlər. Fransızların yaxşı komandası var, ancaq biz bu gün daha üstün oynadıq. Turnir bizim üçün yaxşı alındı, gözəl oyun göstərdik, oyunçular həm meydanda, həm də məşqlərdə çox çalışdılar. Qeyri-adi durum idi, hətta meydana çıxmayanlar da komandaya kömək etməyə çalışırdı. Praktik baxımdan nəyisə təhlil etməyə dəyməz, hansısa böyük səhvlərimizi görmədim».

HENRY: «GRIEZMANN FRANSANIN YENİ QƏHRƏMANIDIR»

Sabiq fransız forvard, indi BBC-də şərhçi çalışan Thierry Henry Almaniya üzərindəki qələbədən sonra Fransa yığmasının hücumçusu Antoine Griezmann-ın oyununa heyranlığını dilə gətirib. Keçmiş dünya və Avropa çempionu 25 yaşlı futbolçunun fransızları yeni titullara daşıya biləcəyinə əmindir: «Ümid edirəm ki, Griezmann Fransa yığmasında qol sayına görə müəyyənləşdirdiyim rekordu yeniləyəcək (Henry-nin hesabında 51; Griezmann-ınsa hesabında 13 qol var – red.). Komanda ilə azarkeşlər arasındakı belə ünsiyyəti görmək çox xoşdur. Griezmann indiki Fransa yığmasının aparıcı fiqurudur. Onun bu səviyyədə oynamağı bacardığını hamımız bilirdik. İndi fransızların yeni qəhrəmanı və hamını titullar qazanmağa məcbur edən hücumçusu var. Buna ümid etmək istəyirəm».

POLİSLƏ AZARKEŞLƏR TOQQUŞUB

Fransa ilə Almaniya arasında Parisdə keçirilən yarımfinal oyunundan sonra fransalı azarkeşlərlə yerli polis arasında bir neçə toqquşma baş verib. Toqquşmalar, əsasən, minlərlə azarkeşin yığmanın finala çıxmasını bayram etdiyi «Yelisey çölləri» səmtində qeydə alınıb. Fanatlar hüquq-mühafizə orqanı əməkdaşlarına şüşəvə yanğıntörədici vasitələr atıblar. Onların zibil qablarını yandırdığı və ekstremist şüarlar səsləndirdiyi də xəbər verilir. Polis gözyaşardıcı qazdan yararlanmağa məcbur qalıb.

FINAL CLATTENBURG-A TAPŞIRILDI

UEFA mətbuat xidmətinin yaydığı xəbərə görə, AÇ-2016-nın iyulun 10-da Sen-Denidə keçiriləcək final oyununu ingiltərəli referi Mark Clattenburg yönəldəcək. 41 yaşlı hakim «Real»ın «Atletiko»nu məğlub etdiyi Çempionlar Liqasının son final oyununda da iş başında olub. O, son mövsümdə İngiltərə Kubokunun «Mançester Yunayted»lə «Kristal Pelas» arasında keçirilən final oyununu da idarə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG