Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:43

Şimali Koreya dənizə raket atıb


Arxiv fotosu
Arxiv fotosu

Sonuncunun ballistik raket olması təsdiqlənərsə, bu il ərzində üçüncü belə sınaq olacaq

Şimali Koreya özünün şərq sahilindən dənizə yaxınmənzilli raket atıb. Məlumatı Cənubi Koreya ordusu sentyabrın 28-də yayıb, amma bunun ballistik raket olub-olmadığını açıqlamayıb.

Yaponiyanın Müdafiə Nazirliyi Pxenyanın ballistik raket atdığını və raketin onun Yapon dənizində eksklüziv iqtisadi zonasından kənara düşdüyünü bəyan edib.

Silahları sınaqdan keçirmək hüququ

Bu şübhəli raket buraxılışından heç bir saat keçməmiş Şimali Koreyanın BMT-dəki səfiri Nyu Yorkda Baş Assambleyada deyib ki, “heç kəs” nüvə silahlı ölkənin silahlarını sınaqdan keçirmək hüququnu “ala bilməz”.

“Biz sadəcə, özümüzü müdafiə etmək, ölkənin təhlükəsizliyi və dincliyini etibarlı qorumaqdan ötrü milli müdafiəmizi gücləndiririk”, Kim Sonq deyib.

Kim deyib ki, Şimali Koreyanın Birləşmiş Ştatlardan qorunmaq üçün “müharibə qabaqlayıcısı”na ehtiyacı var. ABŞ-ın Cənubi Koreyada minlərlə əsgəri var, müttəfiqi ilə mütəmadi hərbi təlimlər keçirir.

Şimali Koreya ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlərini təhdid kimi görür, siyasi təzyiqi artırmaq məqsədilə dəfələrlə nüvə və raket sınaqları keçirib.

Qətnamələrin pozulması

BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri Şimali Koreyanın ballistik raket hazırlayaraq sınaqdan keçirməsini qadağan edir.

“Bu raket buraxılışı çoxsaylı BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulmasıdır”, – ABŞ Dövlət Departamenti bəyanatında bildirib.

“Bizim Koreya Respublikası və Yaponiyanın müdafiəsinə dair öhdəliyimiz qətidir”, – bəyanatda vurğulanır.

Sonuncunun ballistik raket olması təsdiqlənərsə, bu il ərzində üçüncü belə sınaq olacaq.

Ötən həftəsonu Şimali Koreya lideri Kim Conq Unun nüfuzlu bacısı Kim Yo Conq Cənubi Koreya ilə bəzi ön şərtlərlə danışıqları bərpa etmək istədiklərini deyib. Onun sözlərinə görə, Pxenyan Cənubun təklif etdiyi kimi, Koreya Müharibəsinin rəsmən sona çatmasını elan edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG