Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 02:43

Aİ Azərbaycanla danışıqlarda proqresi alqışlayır


Kiyev, arxiv fotosu
Kiyev, arxiv fotosu

Bəyanatda deyilir ki, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə COVID-19 rəqəmsal sertifikatların qarşılıqlı tanınması alqışlanır

Avropa İttifaqı (Aİ) və maraqlı tərəfdaşlar Azərbaycanla yeni hərtərəfli razılaşma üzrə danışıqlarda proqresi alqışlayırlar. Bunu Avropa İttifaqı bildirir.

Dekabrın 15-də Brüsseldə Aİ təmsilçiləri ilə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna liderlərinin sammiti keçiriləcək. Sammitin yekununda qəbul olunacaq birgə bəyanatın mətni artıq mediaya sızdırılıb.

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. O, dekabrın 14-də Brüsseldə bir sıra görüşlər keçirib, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Demokratiya, insan haqları

Tərəflər strateji, ambisiyalı və gələcəyə yönəlik Şərq Tərəfdaşlığına güclü sadiqliyi bir daha qeyd edirlər. Onlar bu tərəfdaşlığın ümumi fundamental dəyərlərə, qarşılıqlı maraqlara, məsuliyyətə, inklüzivliyə, qarşılıqlı hesabatlılığa əsaslandığını qeyd edirlər.

Bəyanatı imzalayan tərəflər cəmiyyətlərində demokratiya və hüququn aliliyinin daha da gücləndirilməsi qətiyyətini ifadə edirlər. Buraya insan haqları və fundamental azadlıqların qorunması daxildir.

Bəyanatda tənzimlənməmiş münaqişələrə ümumi istinad edilərək qeyd olunur ki, “Avropa İttifaqı tənzimlənməmiş münaqişələrin dinc yolla həllini, etimadın gücləndirilməsini, sülhə yönəlik cəhdləri dəstəkləyəcək, münaqişələrdən ziyan görmüş əhaliyə yardım göstərəcək”.

Belarus iştirakını dayandırıb

Şərq Tərəfdaşlığı sammitində proqramın altı üzvündən beşi iştirak edəcək. Aİ Belarusun Şərq Tərəfdaşlığında iştirakını dayandırmaq qərarından məyusluğunu bildirir.

Bəyanatda deyilir ki, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə COVID-19 rəqəmsal sertifikatların qarşılıqlı tanınması alqışlanır. Eyni addım tezliklə Azərbaycanla bağlı da atılacaq. Bu isə Aİ-yə təhlükəsiz və rahat səyahət deməkdir.

Altı ölkədən üçüylə Aİ assosiasiya sazişləri imzalayıb. Bu həmin ölkələrin vətəndaşlarına Aİ ərazisinə vizasız giriş imkanı verir. Bu ölkələr Ukrayna, Gürcüstan və Moldovadır.

Ermənistanla imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Razılaşması bu ilin martından qüvvəyə minib.

Azərbaycanla danışıqlar davam edir. Müstəqil mənbələr danışıqlarda dalana dirənən əsas məsələnin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı olduğunu bildirirlər.

XS
SM
MD
LG