Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Məktəb direktorunu intihara aparan yol [media icmalı]


Xətai rayonunda özünü hündürmərtəbəli binanın balkonundan atıb intihar etmək istəyən şəxs. (xilas edilib) (arxiv fotosu) 14 iyun 2017
Xətai rayonunda özünü hündürmərtəbəli binanın balkonundan atıb intihar etmək istəyən şəxs. (xilas edilib) (arxiv fotosu) 14 iyun 2017

Prezident İlham Əliyevin siyasi fəaliyyəti, sığorta bazarının problemləri və intiharların səbəbləri bu gün, şənbə, dekabrın 23-ü (2017) - medianın aparıcı mövzularındandır...

“Sığorta dələduzluğu”

Exo” qəzetində “Azərbaycanın sığorta bazarının durumu çox ağırdır” sərlövhəli yazı oxumaq olar.

Müəllif sığorta sahəsində vəziyyəti bu sahə üzrə ekspert Adil Aslanovla dəyərləndirib.

Buna da bax: Binəqədi yanğın işi: 'MTN əməkdaşlarına 50 min verildi'

“Azərbaycanın sığorta bazarının dururmu olduqca ağırdır, şirkətlərin icarə yığım həcmi getdikcə azalır. Əhalidə sığorta üçün ödəməyə “artıq” pul yoxdur ...”, - A.Aslanov ölkənin sığorta bazarında ümumi durumu belə dəyərləndirir.

Ekspert deyib ki, son illər ölkənin sığorta bazarında artım sürəti ciddi şəkildə düşüb. Yığımın azalması isə ilkin növbədə orta və kiçik icarə şirkətlərini sıradan çıxarır:

Buna da bax: Binəqədi yanan bina işi: 'O binanı yandırıblar...'

Maşın bazarında yanğından sonra
Maşın bazarında yanğından sonra

“Manatın devalvasiyası və əhalinin alıcılıq qabiliyyətinin azalması amillərindən əlavə bəzi sığorta şirkətlərinin öz işinə məsuliyyətsiz yanaşması da işə mənfi təsir göstərir. Vətəndaşların sığorta şirkətlərinə etimadsızlığı peşəkar dələduzluqla bağlıdır. Belə ki, bəzi sığortaçılar qanunsuz ödənişlərə əl atırlar”.

Buna da bax: V.Əhmədov: 'Devalvasiyalar təsirini indi də göstərir'

A.Aslanov deyib ki, sığorta olunanların hüquqları kifayət qədər qorunmur:

“Bu bazarın əmlak sığorta şirkətləri böhran içindədir. Vətəndaşlar içində daşınmaz əmlakı könüllü olaraq sığorta etdirən azdır. Qanunvericiliyə görə, sığorta məcburi olsa da qanun işləmir, tək-tük vətəndaşlar hər il sığorta sənədləri almağa özləri müraciət edir”.

Ekspert hesab edir ki, qarşıdakı 2018-ci ildə ölkədə iqtisadi durum yaxşılaşsa, əhalinin gəlirləri artsa o zaman sığorta bazarında da müsbət nəticələr ola bilər:

Buna da bax: 65 min manata ev alıb, qapı arxasında qalıb

“Hazırda ölkə vətəndaşlarının həyatında sığorta işi ən aşağı yer tutur. İndi əhalinin daha çox yeməyə, zəruri məhsullara pul tapmaq qayğısı var. Bu sahədə isə insanları özlərindən, daşınmaz əmlakdan daha çox avtomobilini sığorta etdirmək düşündürür”.

Ekspert mühüm bir məqama da toxunur. Onun deməsinə görə Azərbaycan vətəndaşları ən az sağlamlıqlarının qayğısına qalırlar.

Buna da bax: Bu il Google-da ən çox nəyi axtarıblar

İntiharlarla necə mübarizə aparmalı...

Novoye Vremya” qəzetində “İntihara qarşı necə dayanaq?” sualı gündəmə daşınır.

Yazının əvvəlində xatırladılır ki, bu günlər Göyçay rayonunda 9 saylı şəhər məktəbinin direktoru, elə işlədiyi məktəbin önündəcə intihara cəhd edib.

Arxiv fotosu
Arxiv fotosu

Müəllifin gəldiyi nəticəyə görə, belə intiharların kökündə korrupsiya amili dayanır:


Buna da bax: 'Niyə bizi ixtisar edirlər, öz qohum-əqrabalarına dəymirlər?' [aksiya]

“Korrupsiya, məmur özbaşınalığı, dövlət institutları və məhkəmələrdə ədalətə nail ola bilməmək...”

Yazıda bildirilir ki, belə hallara evlərin sökülməsi prosesində də rast gəlmək olur. Müəllifin fikrincə, evlərin söküntüsü zamanı bəzi tikinti şirkətləri, yerli hakimiyyət təmsilçiləri özlərini amiranə aparırlar.

Yazıda vurğulanır ki, belə hallardan insanlar insult, infarkt və başqa xəstəliklər tapırlar.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Müəllif yazır ki, bəzən məmur vətəndaşı alçaldır, bütün instansiyalar isə məmuru haqlı sayır:

“Sosial təminatsızlıq da bir sıra intiharlara səbəb olur. Heç də çox uzaqda olmayan “kredit intiharları” terminin yaranması bunun sübutudur”.

Yazıda vurğulanır ki, işsizlik, əhalinin gəlirlərinin azalması, məmurlara etimadsızlıq gələcəyə inamın azalmasına səbəb olur.

Müəllif hesab edir ki, bütün dövlət qurumları məsuliyyətini dərk edərək bundan nəticə çıxarmalıdırlar...

Buna da bax: Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'

Müstəqilliyin təminatçısı

Azərbaycan” qəzetində “Müstəqilliyin, güclü dövlətçiliyin və inkişafın təminatçısı” sərlövhəli yazıda dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyəti dəyərləndirilir.

Qəzet deputat Cavid Osmanovun düşüncələrinə yer verib.

Dekabrın 24-ü dövlət başçısı İlham Əliyevin ad günüdür və bu yazı da ona həsr edilib.

Buna da bax: İlham Əliyevin ad günü tortu kəsildi

Müəllif yazır ki, müasir Azərbaycanın inkişafı, yüksəlişi, beynəlxalq məkanda qazandığı uğurlar Heydər Əliyevin adına bağlıdır:

İlham Əliyevin ad günündə hazırlanan tort, Gəncə, 2009-cu il
İlham Əliyevin ad günündə hazırlanan tort, Gəncə, 2009-cu il

“Ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır”.

Müəllif hesab edir ki, H.Əliyev yalnız Azərbaycanın inkişaf strategiyasının möhkəm təməlini qoymayıb, həm də hazırkı prezident İlham Əliyev kimi davamçısını yetirib.

Buna da bax: 'Minimum əməkhaqqının 68 dollar olduğu milyarder məmurlar ölkəsi...'

Yazıda vurğulanır ki, Azərbaycan xalqı hələ 2003-cü ildə İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə səs verib.

Buna da bax: Prezident ailəsinin biznesi…

Yazıda Azərbaycan MDB və Avropa məkanında müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biri kimi dəyərləndirilir.

Müəllifin fikrincə, 2003-2017-ci illərin reallıqları deməyə əsas verir ki, prezident İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında duran başlıca vəzifələri düzgün müəyyən edib.

Buna da bax:

Sumqayıtda 51 metr uzunluğunda tort bişirilib
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

XS
SM
MD
LG