Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:51

Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir? [mətbuat icmalı]


"Neft qiymətləri". Karikatura. Gündüz Ağayev.

Ölkədə heyvandarlığın inkişafı, manatın yaxın-uzaq taleyi və neftdən asılılığın davam etməsi bu gün (28 oktyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır ...

Manatın taleyi “qara qızıldan” asılıdır.

Exo” qəzetində “Manatı 2021-ci ilə kimi “üzməyə” buraxdılar” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ölkənin 2018-21-ci illər üzrə inkişaf konsepsiyası Milli Məclisin müzakirəsinə verilib. Bu sənəddə yaxın 3 ildə manatın “üzən məzənnə” rejimində davam edəcəyi göstərilir .

Buna da bax:​ Əti, yağı bahalandıran... pambıqdı [Ekspert rəyi]

Müəllif də elə bu kontekstdə yaxın gələcəkdə manatın inkişaf perspektivini iqtisadçı-professor Elşad Məmmədovla müzakirə edir.

“Bu manatın ABŞ dollarına nisbətdə ölkə üçün məqbul hesab olunan 1,7 və 1,8 həddində saxlanması məqsədi ilə nəzərdə tutulur. Bu həm sosial, həm də inflyasiyanı məqbul həddə saxlamaq baxımından zəruridir. Manatın indiki məzənnəsinin qorunması üçün Mərkəzi Bank təsir alətlərinə malikdir. Buna görə də qısa və ya orta müddətli perspektivdə məzənnədə ciddi dəyişiklik olmayacaq”, – E.Məmmədov qəzetə deyib.

Bakıda exchange
Bakıda exchange

İqtisadçı hesab edir ki, Mərkəzi Bank rəhbərliyi manatın “üzən məzənnə”yə keçməsi haqda fikir səsləndirsə də, hələlik, buna tam nail olunduğunu söyləmək tezdir:

Buna da bax:​ Cərimələrdən Prezident Aparatının işçilərinə nə qədər düşür

“Hazırda manatın məzənnəsində dövlətin müdaxiləsini danmaq olmaz. Elə hərraclarda da müəyyən dövlət qurumlarının fəal iştirakı müşahidə edilir”.

İqtisadçıya görə, istehlak bazarının idxaldan asılılığının kifayət qədər yüksək olmasını nəzərə aldıqda Mərkəzi Bankın manatın məzənnəsini müəyyən dəhlizdə saxlamaq istəməsinin səbəbləri aydın olur.

O, buna görə də manatın mövcud məzənnəsini bazarın real dəyəri saymır.

Manatın uzun müddətli perspektivinə gəlincə, E.Məmmədov vurğulayır ki, bu dünya bazarında enerji daşıyıcılarının qiymətlərindən asılı olacaq.

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

Əvəzolunmaz gəlir mənbəyi-neft

Novoye Vremya” qəzetində isə diqqəti ”Əvvəlki kimi neft yenə hər şeyimiz” sərlövhəli yazı cəlb edir.

Yazıda 2018-ci ilin dövlət büdcəsi layihəsi və sonrakı üç il üzrə göstəricilər müzakirə edilir.

Müəllif vurğulayır ki, bu ilin büdcəsinə nisbətən gələn ilin büdcə proqnozları artıb. Yazıda bu neftin qiymətinin son bir ildə bahalaşması ilə izah edilir.

Bütün bunlara baxmayaraq müəllif təəssüflə qeyd edir ki, büdcə yenə də neft gəlirlərindən asılıdır:

"Neft yelləncəyi". Karikatura. Gündüz Ağayev
"Neft yelləncəyi". Karikatura. Gündüz Ağayev

“Dövlət Neft Fondundan daxil olan transfert bütün büdcə gəlirlərinin 45,8 faizi deməkdir. Neft şirkətlərindən gələn vergi və digər daxil olmalar da nəzərə alınsa neftdən asılılıq yenə də özünü göstərir”.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Yazıda qeyd edildiyinə görə, maliyyə naziri, hələ 2015-ci ildə deyib ki, qarşıdakı illərdə qeyri-neft sektorundan gəlirlərinin artması ilə bağlı Neft Fondundan transfertlər azalacaq. Amma 2018-ci ildə yenə büdcənin yarısı Neft Fondunun öhdəsinə düşür.

Müəllif vurğulayır ki, neftin qiymətinin yenidən aşağı düşməsi yeni risklər yarada bilər:

“Hətta neftin barelinin 5 dollar azalması belə neft istehsalçısı olan ölkələr üçün ciddi problem yarada bilir. Eyni zamanda dünya maliyyə bazarında faiz dərəcələrinin kəskin artması da əsas risklərdən biridir və bu halda dövlət ödəmələrinin həcmi artır”.

Buna da bax: Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

Yazıda ikinci risk amili kimi ölkənin maliyyə-bank sistemində problemləri göstərilir .

Yazıda vurğulanır ki, mövcud bank sektoru iqtisadi inkişafa mühüm dəstək verə bilmir.

Heyvandarlığın inkişaf yolu

Azərbaycan” qəzetində isə “Kənd təsərrüfatının şaxələndirilməsi heyvandarlığın inkişafına da müasir yanaşma tələb edir” sərlövhəli yazı yer alıb.

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

Müəllif yazır ki, indi başlıca məqsəd idxalı minimuma qədər endirmək, ixrac imkanlarını daha da artırmaqdır.

Yazıda vurğulanır ki, hazırda heyvandarlıq sahəsi də yeni yanaşma və ciddi addımlar tələb edir.

Damazlıq heyvanlar
Damazlıq heyvanlar

Müəllif rəsmi statistik rəqəmlərə istinadən bildirir ki, ölkə üzrə 2 milyon 702 min 600 baş iribuynuzlu mal-qara mövcuddur. 8 milyon 667 min 300 baş qoyun və keçi, 4 min 832 baş donuz qeydə alınıb.

Müəllif bu sahənin inkişaf perspektivilə bağlı dövlət başçısı İlham Əliyevdən sitat gətirir:

“Bundan sonra, heyvandarlığı ancaq qapalı şəraitdə inkişaf etdirməliyik. Bu, daha səmərəlidir. Bu bizə imkan verəcək ki, bu gün səmərəsiz istifadə olunan örüş torpaqlarından səmərəli şəkildə istifadə edək”.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Müəllif hesab edir ki, heyvandarlığın inkişafı aqroparklarda münasib şəraitin qurulmasını tələb edir.

Yazıda qeyd edilir ki, hazırda ölkədə 38 aqroparkın yaradılması prosesi gedir və bunların müəyyən hissəsi heyvandarlıq kompleksi kimi nəzərdə tutulur:

“Bu cür komplekslərin təşkili heyvandarlığın inkişafının vacibliyindən qaynaqlanır. Yeni layihələr heyvandarlıqda elmi yeniliklərin tətbiqinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına imkan verir. Yeni heyvandarlıq komplekslərinin fəaliyyətə başlaması regionların özünü maliyyələşdirməsi və mövcud iqtisadi potensiallarından daha səmərəli istifadə etməsinə dəstək verir”.

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

Günün bütün mövzuları

XS
SM
MD
LG