Ölkədə infrastrukturun inkişafı, vətəndaşların iş tapmaq problemləri və seçki ilində ictimai-siyasi durum 3 fevral, 2018-ci il medianın aparıcı mövzularındandır...
İş axtaranlar...
“Exo” qəzetində “Azərbaycanda işi harada axtarmaq lazımdır?” sualı gündəmə daşınır.
Müəllif işsizlik mövzusunu ekspertlərlə müzakirə edib.
Yazıda bildirilir ki, ölkədə yaxşı əməkhaqqı ilə iş tapmaq heç də asan məsələ deyil:
“Hökumət daim yeni iş yerləri yaratmasından danışır. Bu ildə əsasən iş yerlərinin kənd təsərrüfatı sahələrində açılması gözlənilir. Sahibkarlara Kömək Fondu fermerlərə kreditlər ayırır. Amma, işsizlik probleminin həlli müəyyən zaman tələb edir. Odur ki, bu problemin qısa müddətə həllini tapacağını gözləmək əbəsdir”, – deyə ekspert Nəriman Ağayev qəzetə bildirib.
Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'
N.Ağayev hesab edir ki, bu il kənd təsərrüfatı ilə yanaşı tikinti sektoru da canlanacaq. Onun fikrincə, meyvə emalı sənayesi və turizm sektoru da güclənməlidir.
Ekspert deyir ki, burada problem orta məmur təbəqəsinin ləngliyindədir. O vurğulayıb ki, ölkədə ildə 160-180 min iş yeri yaratmaq olar.
“Xidmət-iş” Həmkarlar Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da hesab edir ki, indi iş tapmaq baxımından kənd təsərrüfatı və turizm sektoru daha inandırıcı görünür.
Vitse-prezident hesab edir ki, bir çox gənclərin işsiz qalması lazımı sənətə yiyələnməmələrindən irəli gəlir.
C.İsmayılovun fikrincə, bir çox gənclər iş adamları ilə dialoq qurmaqda da çətinlik çəkirlər...
Seçki ilinin özəllikləri
“Azadlıqinfo.az” saytında “Heç bir seçki ilində siyasi azadlıqlar bu qədər məhdud olmayıb” sərlövhəli yazı oxumaq olar.
Müəllif qarşıdan gələn prezident seçkisi fonunda ölkədəki ictimai-siyasi durumu dəyərləndirir.
Yazıda vurğulanır ki, indiki dövlət başçısı İlham Əliyevin adının növbəti dəfə prezidentliyə namizəd kimi səsləndirilməsi sürpriz deyil.
Buna da bax: Fransa 'Ümumdünya sərgisi'nə pul tapmır, Azərbaycansa...
Müəllif seçki ilində ölkədə ictimai-siyasi durumun isə çox ağır olduğunu düşünür:
“Mövcud siyasi şərait aşağı-yuxarı 2008-ci ili xatırladır. O dönəmdə iqtidara alternativsiz seçki mühiti xeyli sərf edirdi, indi də durum belədir. Siyasi azadlıqlara gəldikdə indiki qədər ağır şərait heç bir seçkidə olmayıb”.
Yazıda vurğulanır ki, ölkədə 5 aparıcı veb sayt bloklanıb. Müəllifin fikrincə son prezident seçkilərinin heç birində ölkədə bu qədər siyasi məhbus olmayıb.
Yazıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna seçki müşahidə missiyası göndərməkdən ötrü dəvət veriləcəyinə də şübhə bəslənilir:
Buna da bax: Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]
“Nəzərə alsaq ki, həm Avropa Şurası, həm də Avropa Birliyi “Loundromat” olaylarından sonra xeyli ehtiyatlı davranır, bu qurumlardan da tərif eşidəcəklərinə əmin deyiləm”.
Bütün bunlarla belə müəllif bu məsələdə ən böyük problemi bir çox seçicilərin biganəliyində görür:
“Müxalif qrupların xeyli zəiflədiyini nəzərə alsaq, bu seçkidə təkbaşına seçkiyə qatılaraq, iqtidara qarşı ümummilli kampaniya aparacaq imkan və resursa malik heç bir siyasi təşkilat yoxdur. Yalnız ortada olan müxalif qrupların ortaq seçki bloku vasitəsilə ölkədə ciddi siyasi yarış mənzərəsini yaratmaq olardı”.
Buna da bax: 'Siyasi məhbus'ların 19 nəfəri jurnalist və bloqqerdir
Yazıda yerli müşahidəçilər mövzusuna da toxunulur.
Müəllif hesab edir ki, bəlli səbəblər üzündən müstəqil seçki institutlarının fəaliyyəti hazırda mümkün deyil. Az sayda fəal vətəndaşın sayəsində seçki prosesinə ciddi ictimai nəzarət yaratmaq isə çox çətindir.
“Dövlət proqramlarının uğurla icrası”
“Azərbaycan” qəzetində isə “Dövlət proqramlarının uğurla icrası Azərbaycanı regionun iqtisadi güc mərkəzinə çevirib” sərlövhəli yazı dərc edilib.
Buna da bax: İlham Əliyev: 'Azərbaycanda media tamamilə azaddır'
Müəllif yazır ki, regionların inkişafına dair Dövlət Proqramlarının işə düşdüyü 14 ildə qarşıya qoyulan bütün hədəflərə artıqlaması ilə çatılıb:
“Zaman göstərdi ki, prezident İlham Əliyev bu proqramları təsdiq etməklə çox böyük uzaqgörənlik edib. Çünki, onların icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi, dinamik sosial-iqtisadi inkişaf təmin edildi. Azərbaycan sənaye istehsalının və ümumi daxili məhsulun artım tempinə, o cümlədən yaradılan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövləti kimi imicini möhkəmləndirdi. Bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.
Yazıda qeyd edilir ki, 14 ildə bir çox böyük işlər görülüb.
Bu sırada 30 elektrik stansiyasının tikildiyi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin başa çatdırıldığı və qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə çatdırıldığı qeyd olunur. Müəllif vurğulayıb ki, içməli su ilə təminat 26 faizdən 67 faizə yüksəldilib, Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa olunub, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib:
Buna da bax: İlham Əliyev: 'Söz vermişdim ki, regionlarda inkişaf sürətlə gedəcək...'
“Azərbaycan elektrik enerjisinin idxalatçısından ixracatçısına çevrilib, ölkədə tibbi xidmətin, təhsilin, idmanın səviyyəsi yüksəlib. Yüz minlərlə hektar torpaq suvarmaya cəlb olunub, tarix boyu təbii qazın olmadığı kəndlərə qaz çəkilib. Vətəndaşların sosial rifahı yüksəlib, avtomobil yolları müasir standartlar səviyyəsində yenidən qurulub. Eyni zamanda, Azərbaycanın tranzit imkanları artıb və turizm potensialı hərəkətə gətirilib”.