Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 04:52

'Siyasi məhbus'ların 19 nəfəri jurnalist və bloqqerdir


Sanksiya siyahısına Ramiz Mehdiyevin də salınması təklif olunur
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Sanksiya siyahısına Ramiz Mehdiyevin də salınması təklif olunur

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) siyasi məhbus sayılan şəxslərlə bağlı siyahını yeniləyib. Bu barədə Mərkəzin təmsilçisi Oktay Gülalıyev məlumat yayıb.

O.Gülalıyev vurğulayıb ki, 2012-ci ildə Masallıda həbs olunan Surac Ağayev azadlığa çıxdığından, onun adı siyasi məhbus siyahısından çıxarılıb.

Ancaq «Müsəlman Birliyi» Hərəkatının fəalı Əhsən Nuruzadə, «Azadlıq» qəzetinin bölgə müxbiri Ziya Əsədli və jurnalist Məhbub Zülfüqarlının adları siyahıya daxil edilib.

Əhsən Nuruzadə narkotikdə, Ziya Əsədli xuliqanlıqda, Məhbub Zülfüqarlı isə rəsmən böhtan atmaqda günahlandırılsa da, Mərkəz onların həbsini siyasi motivlərlə bağlayır.

«Bundan əlavə, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunda ərzaq məhsullarının bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasından sonra həbs edilən 11 nəfərin adı da siyasi məhbus siyahısına əlavə olunub. Hazırda siyahıda 159 nəfərin adı var. Bunun da 19 nəfəri jurnalist və bloqqerdir», - O.Gülalıyev bildirib.

XATIRLATMA

Bu, Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı hüquq-müdafiə təşkilatlarının vahid siyahısı deyil. Hüquq müdafiəçiləri arasında bundan başqa daha bir siyahı var. Orada yer alan məhbusların sayı bir qədər azdır.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan bütün şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG