Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:39

Şamaxı sakini: 'Torpağımı hasara ala bilmirəm, 1000 manat istəyirlər'


Arxiv fotosu
Arxiv fotosu

"Pulunu ödədiyim, hər bir sənədi əlimdə olan halal torpağımı hasara ala bilmirəm. Mən tikirəm, bunlar gəlib sökür".

29 sot torpağını hasara ala bilməyən şikayətçi Şamaxı sakini Əli Quliyevdir.

“SƏNƏDLƏRƏ GÖZLƏRİNİN UCUYLA BAXMIRLAR”

Əli Quliyev deyir, Çuxuryurd kəndindəki torpağına daş töküb hasar çəkir, yerli icra hakimiyyətinin nümayəndələri fürsət düşən kimi, ağır texnika gətirib hasarı uçurdur:

Buna da bax: Fermer: 'Prezident deyib, əkinçiliyi inkişaf etdir, deməyib ki, heyvandarlığı məhv elə'

"Şəxsi torpağımdır, gec-tez bu torpağı hasara almalıyam, ya yox... Hasar çəkə bilməyəcəkdimsə, bu torpağı niyə satıblar mənə... Kənardan keçən mal-qara torpağıma girir, mən də hasara aldırmışam. Yarım metr hündürlükdə idi, iyulun 27-də sökdülər. Axı mənim daha imkanım yoxdur gedib tikinti materialı almağa... Sənədləri göstərirəm, heç gözlərinin ucuyla da baxmırlar. Deyirlər, icra hakimiyyətindən göstəriş var ki, sökülsün, vəssalam. Bu, özbaşınalığın son həddidir, bir qurumun işçisinin şifahi göstərişi bu qədər qurumun verdiyi rəsmi sənəddən irəlidir".

“MƏNDƏ 1000 MANAT DA OLSAYDI...”

Əli Quliyev deyir, hasarı sökməyə gələnlər ondan tikintini sökməmək üçün 1000 manat istəyiblər:

Buna da bax: Şamaxı və Hacıqabulun sahibkarları təşvişdə

"Dedim, kəndlidə pul nə gəzir... Məndə 1000 manat da olsaydı, üstünə qoyub hasarı bir az da hündür tikərdim, daha yarım metr niyə tikirdim ki... Sənədlərim qaydasında, qeyri-qanuni iş görmürəm, niyə rüşvət verməliyəm... Bu söhbətdən sonra gəlib hasarı söküblər".

Şamaxı rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Əli Quliyevin dedikləri əsassızdır: "Gəlsin, görək kim ondan pul istəyib, niyə istəyib, kimin adından istəyib... Hasar sökülübsə, deməli, səbəb olub".

Buna da bax: Şamaxılı fermerləri 'gedin, sonra gələrsiniz' deyə yola salıblar

Qurumdan bildirilib ki, qanunla kənd təsərrüfatı təyinatlı torpaqlarını hasarlamaq olmaz. Ola bilsin ki, torpaq kənd təsərrüfatı təyinatlıdır. Bununla belə, məsələnin tərəflər arasında araşdırılmasına ehtiyac var.

XS
SM
MD
LG