Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 12:30

Nazirə görə, iqtisad inkişaf sürətlə davam edir


Şahin Mustafayev (solda), Şirvanda vətəndaşları qəbul edərkən, 20 aprel 2013

Nazirə görə, iqtisad inkişaf sürətlə davam edir

“Hazırda uğurla həyata keçirilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, sənaye zonalarının yaradılmasıdır”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan” qəzetində dərc ediən məqaləsində bildirib.

Nazir ölkədə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parklarının artıq fəaliyyət göstərdiyini deyir. Onun sözlərinə görə, ümumilikdə sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 553 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb, 3000-dən çox iş yeri yaradılıb. Növbəti mərhələdə isə 1,5 milyard ABŞ dollarına yaxın investisiyanın qoyulması və 4000-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ş.Mustafayev Neftçala Sənaye Zonasında artıq ümumi sahəsi 7800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadratmetr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsinə verildiyini deyir.

Masallı Sənaye Zonasına isə sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim edilib.

“Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və bu işlər yaxın zamanda yekunlaşdırılacaq”-deyə nazir bildirir.

Qaz boru kəmələri üzrə işlərin çoxu görülüb

“Azərbaycanın təşəbbüsü ilə icra olunan “Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi və qaz ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur”.

Ş.Mustafayev layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 87%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, Transanadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60%-i, Transadriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30%-i icra edildiyini, hazırda inşaat işlərin davam etdirildiyini bildirir.

Multimedia

XS
SM
MD
LG