Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:13

Seymur Həzi həbsxanada evlənir


"Qərara ancaq gülmək olar"
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

"Qərara ancaq gülmək olar"

«Azadlıq» qəzetinin əməkdaşı, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı, AXCP-nin sədr müavini Seymur Həzinin avqustun 1-də həbsxanada evlənəcəyi deyilir.

Onun nikah bağlayıb, ailə həyatı qurduğu xanım da Azərbaycan ictimaiyyətinə tanış olan birisi, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqubludur. Həm Nigar Yaqublu, həm də atası Tofiq Yaqublu da bir vaxtlar həbsxana həyatı yaşayıblar.

Nikahın avqustun 1-də bağlanacağı, ancaq toy mərasiminin Seymur Həzi həbsxanadan çıxdıqdan sonra keçiriləcəyi bildirilir. Nikah mərasiminin Seymur Həzinin olduğu 17 saylı cəzaçəkmə müəssisəsində saat 12-də baş tutacağı qeyd edilir.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

«Amnesty International» təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG