Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:40

S.Həzinin kasasiya şikayətinə baxılacaq


Seymur Həzi

Ali Məhkəmədə "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həzinin kasasiya şikayətinə baxılacaq. S. Həzinin yaxınları Turan-a bildiriblər ki, bu, aprelin 13-də olacaq.

Kasasiya şikayətində aşağı məhkəmə instansiyalarının qərarlarının ləğvi, cinayət təqibinə son qoyulması və jurnalistin barəsində bəraət çıxarılması xahiş edilir.

«Azadlıq» qəzetinin icmalçısı, AXCP sədrinin müavini Seymur Həzi xuliqanlıqda (221.3) ittiham olunaraq ötən il yanvarın 29-da 5 il həbs cəzası alıb. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Multimedia

XS
SM
MD
LG