Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 12:06

Qazaxıstanda Jurnalistlər Birliyinin keçmiş sədri Seyitqazy Mataevin azadlıqdan məhrum etmə cəzası 6 ildən 2 il 8 aya endirilib. Bu haqda aprelin 18-də Mataevin vəkili Madina Bakieva məlumat verib. O deyib ki, Mataev dekabrın 25-də Qazaxıstanın müstəqillik ildönümündə elan olunan Amnestiya aktına düşüb.

62 yaşlı Mataev ötən ilin oktyabrında vergidən yayınma və mənimsəmə maddəsi üzrə təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun oğlu, KazTag xəbər agentliyinin direktoru Aset Mataev da mənmisəmədə ittiham olunaraq, 5 il müddətinə həbs olunub.

Hər ikisi onlara qarşı irəli sürülən ittihamları rədd edirlər. Hüquq müdafiəçiləri bildirirlər ki, Seitqaziy-yə qarşı irəli sürülən saxta ittihamlar onun jurnalistlər birliyinin rəhbəri kimi fəaliyyətinə cavabdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG