Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:13

Səsi batan şərhçi qovuldu


Səsi batan şərhçi bu oyunu - İslandiya–Avstriya oyununu (2:1) şərh edirdi...
Səsi batan şərhçi bu oyunu - İslandiya–Avstriya oyununu (2:1) şərh edirdi...

Pirlo: «İspaniyanı məğlub etmək mümkündür»

İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Andrea Pirlo-nun fikrincə, İspaniya ilə oyunun 1/8 final mərhələsinə təsadüf etməsi turnir intriqası baxımından çox erkəndir. O həm də belə düşünür ki, İspaniya üzərində qələbə AÇ-2012-dəki məğlubiyyətin qisası olardı. Football Italia Pirlonun bu açıqlamasına yer verib: «İspanlar qrupu 1-ci yerdə bitirsəydi, bu oyun finalda baş tuta bilərdi. Bu AÇ-2012-dəki məğlubiyyətə görə ideal qisas olardı. İspaniya hələ də favoritdir, ancaq indi bu komandanı məğlub etmək mümkündür. Ancaq 4 il əvvəl bu demək olar ki, mümkünsüz idi».

Xatırladaq ki, İtaliya ilə İspaniya arasındakı 1/8 final oyunu iyunun 27-də keçiriləcək.

Səsi batan şərhçi qovuldu

101greatgoals.com saytının yaydığı xəbərə görə, «KR Reykyavik» klubunun məşqçi korpusu qeyri-qənaətbəxş nəticələr üzündən tam tərkibdə qovulub. Qovulanlar sırasında baş məşqçinin köməkçisi Qudmundur Benediktsson da var. Qudmundur son günlərdə AÇ-2016-nın qrup turnirinin İslandiya – Avstriya oyununu (2:1) hədsiz emosional tərzdə şərh etməsiylə məşhurlaşıb. Ölkəsinin yığması son dəqiqələrdə qələbə topunu vuranda pley-offa vəsiqəni bayram edən şərhçi yerindən tullanıb və səsi də batıb.

İspaniya iyunun 27-də keçiriləcək 1/8 final oyununda İngiltərə ilə qarşılaşacaq.

Kapitan zədələnib

Uels yığmasının kapitanı Ashley Willams 1/4 final oyununu buraxa bilər. Yığmanın baş məşqçisi Chris Coleman-in dediyinə görə, müdafiəçi 1/8 finalın Şimali İrlandiya ilə oyununda zədə alıb: «O toqquşma zamanı biləyini zədələyib. Hətta əlini tərpədə bilmir. Mən onu əvəzləmək istəyirdim, amma sona qədər meydanda qalmağı xahiş etdi. Kapitanıma güvənirəm. Onun meydanda varlığı çox vacib idi. Qarşıdakı bir-iki gün həlledici əhəmiyyət daşıyır. Kapitanın zədəsinin nə dərəcədə ciddi olduğu bilinəcək».

Čačić Portuqaliyanı finalda görür

Xorvatiya yığmasının baş məşqçisi Ante Čačić 1/8 final oyununda Portuqaliyaya məğlubiyyətdən sonra rəqibin turnirin finalına çıxmalı olduğunu deyib. Čačićin fikrincə, xorvatlar oyunun gedişində yol verdiyi yeganə səhvə görə cəzalanıb: «Portuqaliyalıları 1/4 finala vəsiqə qazanmaları münasibətilə təbrik etmək lazımdır. Yığmamız keyfiyyətli oyun göstərdi. Rəqiblə müqayisədə imkanımız daha çox idi. Ancaq səhvə yol verdik və buna görə cəzalandıq. Portuqaliyanın finala çıxacağına əminəm. Oyunboyu hücum etməyə çalışdıq, ancaq onlar savadlı şəkildə müdafiə olundu. Nani ilə Ronaldo isə əks-hücumda şansını gözlədi».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG