Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 01:03

'Siqaret çəkirsə, qoy çəksin...'


Nainggolan-ın İsveçə vurduğu qol

-

Belçika yığmasının baş məşqçisi Marc Wilmots komandasının yarımmüdafiəçisi Radja Nainggolan-ın siqaret çəkməsində pis heç nə görmür.

Media təmsilçilərinin Nainggolan-ın siqaret çəkdiyi vaxt sosial şəbəkələrə düşən videosu haqda verdiyi sualı cavablayan Wilmots belə deyib:

“Bəli, Radja çəkir. Fransa və İtaliya üçün adi haldır, bu ölkələrdə bir çox futbolçu siqaret çəkir. Öz canıdır, yaxşı oynayırsa, qalan şeylər mənim üçün problem deyil. Həmişə otellərdə ona eyvanı olan nömrə verirəm. Belə görünür ki, yalnız o yığmada siqaret çəkir. 35 yox, 30 yaşa qədər futbol oynayacaqsa, öz problemidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG