Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:23

Sargsyan da həbs oluna bilər


Ermənistanın keçmiş prezidenti Serzh Sarkisin 24 noyabr, 2017
Ermənistanın keçmiş prezidenti Serzh Sarkisin 24 noyabr, 2017

Ermənistanın istintaq komitəsi hesab edir ki, keçmiş prezident Serzh Sargsyanın cinayət işi ilə bağlı əldə edilən sübutlar, ittiham aktı hazırlamaq və işi məhkəməyə göndərməyə kifayətdir.

Bunu bu günlərdə AzadlıqRadiosu-nun erməni xidmətinə, istintaq komitəsinin sözçüsü Marina Ogancanyan deyib.

O, bu barədə Sargsyan və vəkillərə məlumat verildiyini , işlə tanış olmaq üçün artıq materialların müdafiə tərəfinə təqdim edildiyini qeyd edib.

Sargsyan milyon dollardan artıq dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur və ölkədən çıxmaması barədə qətimkan tədbiri seçilib.

Bu işlə bağlı “Fleş” şirkətinin prezidenti Barseq Beqlaryan da məsuliyyətə cəl olunub.

Söhbət 2013-cü ildə kəndlərin yanacaqla təmin edilməsi üçün ayrılmış subsidiyalardan gedir.

Amma Sargsyan ittihamı rədd edir.

Onun üzv olduğu keçmiş hakim Respublika partiyası məsələnin siyasi motivli olduğunu iddia edir.

Beglaryan da ittihamı rədd edir.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Kocharian da hazırda həbsdədir.

O isə 2008-ci ildə Ermənistanda keçirilən etiraz aksiyasını zorakılıqla dağıtmaqda, konstitusyon qurluşu devirməkdə və korrupsiyaçılıqda ittiham olunur.

Həmin hadisələr zamaqnı azı 11 nəfər ölmüşdü.

Həmin vaxt ondan sonra prezident seçilmiş Serzh Sargsyan da bu işlə bağlı ifadə verib.

Aksiyaçılar həmin vaxt seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz edirdilər.

Qeyd edək ki, Kocharianla Sargsyan əslən Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağdandılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG