Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:02

Ekspert: 'Rusiya bacardıqca bölgədə öz yerini möhkəmlədir'


"Sərhəddəki vəziyyəti elə Putin özü yaradıb"- Siyasi şərhçi Azər Qasımlı
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

"Sərhəddəki vəziyyəti elə Putin özü yaradıb"- Siyasi şərhçi Azər Qasımlı

Rusiya prezidenti Vladimir Putin noyabrın 18-də deyib ki, Rusiya sülhməramlılarının regionda stabilliyin qarantı kimi iştirakı tələb olunur

Rusiya prezidenti Vladimir Putin noyabrın 18-də deyib ki, Azərbaycan Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir.

Putin əlavə edib ki, buna görə də Rusiya sülhməramlılarının regionda stabilliyin qarantı kimi iştirakı tələb olunur.

Bakıda Siyasi Menecment İnstitututunun direktoru, siyasi şərhçi Azər Qasımlı isə hesab edir ki, bu vəziyyəti elə Vladimir Putinin özü yaradıb ki, belə bəyanatı verə bilsin.

Ekspert deyir ki, Rusiya bundan sonra həm sərhəddə sülhməramlı qüvvələr yerləşdirmək, ya da sərhəddə iştirakını artırmaq barədə təşəbbüslə çıxış edə bilər.

Şərhçi bildirir ki, Rusiyanın məqsədi bölgədə öz mövcudluğunu bacardıqca daha çox zəmanət altına almaqdır. Onun sözlərinə görə, Rusiya Qarabağdakı sülhməramlılarının getməsi məsələsinin dörd ildən sonra gündəmə gəlməsini istəmir:

“Azərbaycan da Ermənistan kimi sülhməramlılara hərbi baza statusu versə, Azərbaycan da Ermənistan kimi Rusiyanın bütün geopolitik və regional birliklərinə üzv olsa və balans siyasətindən imtina etsə, bu, o deməkdir ki, bu bölgə tamamilə Rusiyanın nəzarəti altına keçir. Amma region bu dəqiqə tam olaraq onun nəzarəti altındadır deyə bilmərəm. Çünki nəzəri olaraq Azərbaycanda hakimiyyət dəyişə bilər, başqa birisi gəlib, başqa bir siyasət yürüdə bilər. Bundan başqa, Azərbaycan nə qədər çətin də olsa, balans siyasətini qorumağa çalışır. İndi balans bir az Rusiya tərəfədir, amma yenə də gələcəkdə Türkiyə və ya Qərb tərəfə mövqeyini dəyişə bilər”.

De Vaal: 'Ölümlərin şahidi olduq... Tərəflər özlərinə sual versin: Bacarırıqmı?'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Tom de Waal: “Artıq yeni yollar haqda düşünmək lazımdır”

Amma Bakıda prezidentin sərəncamı ilə yaradıldmış Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərid Şəfiyev isə bildirir ki, nə Rusiya sərhəd qüvvələrinin, nə də sülhməramlılarının Azərbaycan-Ermənistan sərhəddinə yerləşdirilməsi hələ ki, müzakirə olunmur. O əlavə edir ki, bunun üçün əvvəlcə sərhəd müəyyən olunmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi AzadlıqRadiosunun bu haqda sualına cavab verməyib.

Bölgəni yaxından izləyən britaniyalı araşdırmaçı Tom de Waal isə deyir ki, Azərbaycan və Ermənistan arasında sərhəd mübahisələri o həddə çatıb ki, artıq yeni yollar haqda düşünmək, Rusiyadan başqa vasitəçilər cəlb etmək lazımdır:

“Bu, hal-hazırda real görünmür. Amma ötən həftə ərzində biz kəskin döyüş və ölümlərin şahidi olduq. Bu məqamda məncə, Ermənistan, Azərbaycan və Rusiya özlərindən soruşmalıdırlar ki, biz əlimizdən gələni edirikmi? Bu mexanizm işləyirmi? Tərəflər müxtəlif qüvvələri danışıqlara cəlb edə bilərlər. Bura, Avropa Birliyini, ATƏT-i və ya hansısa neytral dövləti, məsələn, İsveçrəni dəvət edə bilərlər. Əgər problemi həll etmək istəyən olsa, variantlar çoxdur. Amma əlbəttə ki, bu münaqişə tərəflərinin verəcəyi qərardır”.

Yeni vasitəçi gündəmdə deyil

Bu ilin iyulunda Ermənistan lideri Nikol Paşinyan gərginliyi aradan qaldırmaq üçün sərhəd boyunca Rusiya ilə yanaşı ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrindən olan beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifini irəli sürüb.

Həmin vaxt Azərbaycan tərəfdən Fərid Şəfiyev demişdi ki, hansı qüvvələri öz ərazisində yerləşdirmək Ermənistanın öz daxili işirdir, amma sərhədə gələndə delimitasiya və demarkasiya məsələsi gündəmə gəlir:

“Yəni, biz əvvəlcə müəyyənləşdirməliyik ki, sərhəd hardan keçir. Bu halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

Fərid Şəfiyev noyabrın 19-da AzadlıqRadiosuna deyib ki, sərhədlərlə bağlı hansısa yeni vasitəçinin dəvət edilməsi gündəmdə deyil.

Siyasi şərhçi Azər Qasımlı isə əlavə edir ki, əlavə vasitəçinin cəlb edilməsi heç Azərbaycanın da marağında deyil:

“Düşünürəm ki, heç bir halda bu, Azərbaycanın milli marağında deyil. Hər iki ölkənin milli marağında olan budur ki, heç bir vasitəçi olmadan sülhü özləri təmin etsin”.

Son 10 gündə Ermənistan və Azərbaycan arasında gərginlik artıb, rəsmi məlumata görə, tərəflər noyabrın 16-da artileriya silahlarından istifadə edib, hər iki tərəf itki verib.

Bu, keçənilki 10 noyabr atəşkəs bəyanatından sonra ən irimiqyaslı qarşıdurmadır. Tərəflər keçən il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalasalar da, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, sərhədlər müəyyənləşməyib, yekun sülh müqaviləsi imzalanmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG