Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Serbiya Belarusda keçirilən hərbi manevrlərdən imtina etdi


Serbiyanın müdafiə naziri Aleksandar Vulin
Serbiyanın müdafiə naziri Aleksandar Vulin

Serbiya hökuməti növbəti altı ay müddətində ölkənin bütün beynəlxalq hərbi təlimlərdə iştirakını dayandırdığını bildirib.

Bu bəyanat sentyabrın 10-da Belarusda keçiriləcək Slavyan Qardaşlığı 2020 hərbi manevrlərindən bir gün əvvəl verilib.

Serbiyanın müdafiə naziri Aleksandar Vulin sentyabrın 9-da deyib ki, bu qərar Avropa İttifaqının güclü təzyiqi altında qəbul edilib.

Avropa İttifaqı son həftələrdə Belarusda etirazçılara qarşı hökumətin hücumlarını və müxalifətin repressiya olunmasını kəskin tənqid edən bəyanatlar verib.

Vulin bildirib ki, “Avropa İttifaqı bizə Belarusda keçirilən təlimlərdə iştirak edərsək, Avropa gələcəyini unutmalı olduğumuzu deyib”.

Slavyan Qardaşlığı 2020 hərbi manevrləri sentyabrın ikinci yarısında Belarusun Brest şəhəri yaxınlığında keçiriləcək.

Bu manevrlərdə Rusiya, Belarus və Serbiya iştirak etməli idilər.

Təlim iştirakçıları Belarusa sentyabrın 10-dan başlayaraq gəlməlidirlər.

NATO-nun onsuz da heç bir tədbiri yox idi

Vulin deyib ki, Serbiya növbəti altı ayda NATO, Çin, Rusiya və başqa ölkələrin iştirakı ilə keçiriləcək manevrlərdə iştirak etməmək qərarına gəlib:

“Biz sülhməramlı əməliyyatlardakı iştirakımızı diqqətlə nəzərdən keçirəcək, lazım gələrsə, ləğv edəcəyik”.

Nazir deyib ki, Serbiya “maksimum hərbi neytrallıq” mövqeyi tutacaq.

Rusiyanın TASS xəbər agentliyi bildirib ki, Serbiya bu barədə qərarını rəsmi qaydada Belarus hökumətinə bildirməyib.

Bu arada NATO rəsmisi bildirib ki, Şimal alyansı qarşıdan gələn aylarda Serbiyanın iştirakilə keçiriləcək heç bir tədbir nəzərdə tutmayıb:

“NATO Serbiya ilə uzun müddətdir ki, davam edən partnyorluğunu yüksək qiymətləndirir. Bütün partyorluqlarımızda olduğu kimi bizim münasibətlərimiz partnyorun ehtiyaclarına yönəlib”.

Serbiya NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının iştirakçısıdır.

Serbiya Alyaksandr Lukaşenkanın hökuməti ilə yaxşı münasibətlərdə olsa da, Avropa İttifaqının Belarus seçkilərinin nəticələrini tanımayan bəyannaməsini qəbul edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG