Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:15

Serbiya Rusiya rəsmisinin Vucic və Sharon Stone-la bağlı yazısından qəzəblənib


Serbiya prezidenti Aleksandar Vucic , arxiv foto
Serbiya prezidenti Aleksandar Vucic , arxiv foto

Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharovanın Serbiya prezidenti haqqında yazdığı facebook postu bu ölkə tərəfindən narazılıqla qarşılanıb.

Serbiya hökuməti yanında Kosovo və Metohiya ofisinin direktoru Marko Djuric Zakharovanın Serbiya prezidentinin Vaşinqtona ziyarətinə həsr etdiyi foto ilə müşayət olunan yazını kəskin şəkildə pisləyib.

“Əgər sizi Ağ Evə çağırırlarsa..."

Beləki, Zakharova öz postunda Serbiya prezidenti Aleksandr Vucicin Ağ Evdəki prezident Trumpla görüşünü əks etdirən fotoşəkilini paylaşıb və ona şərh yazıb. Həmin fotoda görünür ki, Serbiya prezidenti stulda, ABŞ prezidenti Donald Tramp isə onunla üzbəüz stol arxasındakı kresloda oturub. Bu foto bir müddət əvvəl bir sıra rus bloqqerləri tərəfindən də sosial şəbəkələrdə yayımlanıb. Bəzi şərhlərdə yazılıb ki, guya həmin foto ilə Vucic Ağ Evdə “alçaldılıb”.

Zakharova isə Vucic-in həmin fotoşəkili ilə yanaşı Sharon Stone’un “ayağı ayağının üstündə” oturduğu “Əsas instinkt” filmindən bir kadrın ekran görüntüsünü yerləşdirib və bu ifadələri yazıb:

“Əgər sizi Ağ Evə çağırırlarsa və stulu elə qoyurlarsa ki, elə bil siz dindirilmədəsiniz, onda 2-ci şəkildəki kimi oturun. Kim olursunuzsa olun. Sadəcə inanın ..."

Zakharovanın bu facebook postuna həm serblər, həm də ruslar tərəfindən çoxsaylı şərhlər yazıb. Bəzi şərhçilər onu dəstəkləsələr də, digərləri Rusiya XİN rəsmi nümayəndəsinin xarici dövlət başçılarının fəaliyyətini bu şəkildə şərh etməsinə şübhə ilə yanaşıblar.

Siz utanmalısınız!

Marko Djuric Zakharovanın yazısına ayrıca bir tvit həsr edib:

“Təsəvvür edin, bu prezident, hətta bu yerdə də Rusiyaya qarşı bir pis söz demədi. Təsəvvür edin, bu prezident görüş üçün Rusiya prezidentinin qəbulunda bir saat yarım gözləyib, heç vaxt özünə ayrıca bir stul istəməyib. Qürurlu Serbiyaya hücum etməyinizə icazə verməyəcəyəm. Siz utanmalısan! "

İnsanın böyüklüyü stulla ölçülmür

Zakharovanın bu şərhinə Serbiyanın müdafiə naziri Alexandr Vulin də reaksiya verib.

"İnsanın böyüklüyü onun oturduğu stulun ölçüsü və gücün böyüklüyü ilə deyil, hər hansı bir kresloda xalqını və xalqının dostlarını müdafiə etmək üçün cəsarət ölçüsü ilə ölçülür" deyə o qeyd edib. "Zakharovanın xırda pisliyi Rusiya və Serbiyanın düşmənlərini "sevindirdi" deyə Vulin əlavə edib.

AzadlıqRadiosun Rusiya xidməti qeyd edir ki, Avropa İttifaqına üzvlüyə namizəd olan bir çox ölkələrdən fərqli olaraq Serbiya Rusiyaya qarşı sanksiyalarda iştirak etməyib. BMT səsvermələrində Krım məsələsi də daxil digər məsələlərlə bağlı səsvermələrdə Rusiya nümayəndələri ilə həmrəy olublar. Hətta bu ilin iyununda qələbə paradında iştirak edən azsaylı xarici qonaqlar arasında Serbiyanın prezidenti də olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG