Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:51

Separatçı rejim əsir Hüseynzadəyə cinayət işi açıb


Foto:arxiv

Separatçı Dağlıq Qarabağ rejiminin "Milli Təhlükəsizlik Xidməti" əsir düşmüş Elnur Hüseynzadənin saxlanılmış şəxs statusunda təqdim edildiyi videogörüntü yayıb. (Turan)

Separatçıların iddiasına görə, fevralın 1-də Talış kəndi istiqamətinə "dumanlı hava şəraitindən istifadə edən bir qrup Azərbaycan hərbiçisi diversiya cəhdi edib", "cəhdin qarşısı alınıb".

Buna da bax: Azərbaycan əsgəri əsir götürülüb? [yenilənib]

"Elə həmin gün Azərbaycan SQ-nin 157-ci motoatıcı briqadasının kəşfiyyat alayının həbiçisi Elnur Hüseynzadə aşkar olunaraq, müvəqqəti həbsə məruz qoyulub", deyə mənbə bildirir.

Hüseynzadəyə qarşı "diversiya törətmək cəhdi" və "sərhədi qanunsuz keçmə" ittihamı ilə cinayət işi açılıb. O, saxlanılıb, istintaq aparılır, xəbəri Ermənistan KİV yayıb.

Buna da bax: Əsgərin meyiti qaytarılmır

Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi Hüseynzadənin silahlı qüvvələrdən tərxis olunduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG